onların səsudma qabiliyyətini artırmaq üçün üzlüklə otağın çəpərləyici
konstruksiyası arasında hava boşluqları qoyulur.
Hazırda otaqların akustik işlənməsində
ultranazik şüşə lifi, kapron lifi,
mineral pambıq, ağac lifi və mineral pambıqlı sərt tavalar və s.
materiallardan
üzlüklər tətbiq edilir. Səsudan üzlüklərin tətbiqi əks olunan səs-küyü 6-8 db
azaltmağa imkan verir.
İş yerlərində bəzən səs-küyü azaltmaq üçün müxtəlif konstruksiyalı
səsudanlardan istifadə edilir. Səsudanlar içərisi səsudan materalla doldurulan
konus, prizma, paralelepiped, kub formalı
həcmli cisimlərdən ibarətdir, bunlar
otağın tavanından müntəzəm qaydada asılır.
Dostları ilə paylaş: