Məktəb və tədris emalatxanalarında əmək təhlükəsizliyi
Plan
1.
Maşın və avadanlıqların təhlükəli zonaları
və onlardan mühafizə
tədbirləri
2.
Metal emalı işlərində təhlükəsizlik tədbirləri
3.
Ağac emalı işlərində təhlükəsizlik tədbirləri
4.
Qaynaq və lehimləmə işlərində təhlükəsizlik tədbirləri
Maşın və avadanlıqların təhlükəli zonaları və onlardan
mühafizə tədbirləri
Maşın və avadanlıqlarda elə potensial təhlükəli sahələr olur ki, işçilərin əli,
paltarı, saçı və ya özü bu sahələrə düşərsə, yaxud da toxunarsa, travmatizm alına
bilər. Belə sahələrə təhlükəli zonalar deyilir. Qayış
və ya zəncir ötürməsində
aparılan hissə ilə qasnaq (ulduz) arasındakı zona, dişli ötürmədə dişlərin görüşdüyü
zona, burğu, tokar, itiləyici və s. dəzgahlarda işçi hissə ilə becərilən materialın
toxunma sahələri ətrafındakı zona, kranlarda yükün altındakı zona və s. buna misal
ola bilər (şəkil 1).
Maşınların bəzi hərəkətötürən və ya işçi orqanları da qapalı, yaxud açıq
potensial təhlükəli zona ola bilər (məsələn, həmin hissələrin qəfildən qırılması,
örtüyün açılması və s.).
Maşın və mexanizmlərin təhlükəli zonalarına düşmənin qarşısını almaq üçün
çəpərləmə texnikası, mühafizə-bloklama quruluşları, distansion idarəetmə və
siqnalizasiya sistemləri, təhlükəsiz iş aparmaq üçün fərdi mühafizə avadanlığı və s.
kimi mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən istifadə olunur.
Mühafizə çəpərləmə texnikası dedikdə, maşın və avadanlığın təhlükəli
zonalarına və ya mexaniki müqavimət hesabına
təhlükəli zonaya düşmənin
qarşısını alan texniki vasitələr nəzərdə tutulur. Bu vasitələr müəyyən standart
quruluşda olmayıb, maşın və avadanlıqda yaranan təhlükəli zonaya görə, tor
məftildən,
posa təbəqəsindən, plastik kütlədən, ağacdan və s. materiallardan
hazırlana bilər. Bunlar bütün hallarda tullanan hissəciyin yaratdığı zərbəyə davam
gətirməlidir.
Çəpərlərin hündürlüyü 1,2...2,4 metr hüdudunda olmalıdır. Çəpərləmə
texnikası ilə yanaşı, avtomatlaşdırma və məsafədən
idarəetmə sistemlərindən də
geniş istifadə olunur. Bu halda avtomatlaşdırma sistemi hər hansı pozğunluq baş
verdikdə, operatora səs və ya işıq siqnalı verməklə ona xəbərdarlıq edır.
Şəkil 1. Maşın və mexanizmlərin təhlükəli zonaları.
a-zəncir ötürməsi; b-qayış ölürməsi,
c-sonsuz vint ötürməsi, ç-ötürücü rolik;
d-dişli çarx; e-lentli transportyor; ə-tokar dəzgahının supportu; f-burğu;
g-abraziv
dairə; ğ-dairəvi mişar; h-lentli mişar;x-frez, l-eninə düz yonma dəzgahın kəskisi;i, j,
k-presdə təbəqə ştamplama əməliyyatları.
Məsafədən idarəetmə sistemi işçinin təhlükəli zonada bilavasitə iştirakına
imkan verir. Belə sistemlər prinsip etibarı ilə mexaniki, hidravlik,
pnevmatik və
elektriklə ola bilər. Bunlardan stasionar şəraitdə ən əlverişlisi elektriklə
işləyənlərdir.
Maşın və avadanlıqlarda bloklayıcı quruluşlar da işlədilir. Bunlar avadanlığın
təhlükəli zonalarının açıq qaldığı hallarda xəbərdaredici səs və ya işıq siqnalı
sistemini işə salır, yaxud maşının işə düşməsinə imkan vermir. Dəzgahların, sınaq
stendlərinin, təhlükəli gərginiik altında olan qurğuların təhlükəli zonalarında
çəpərləmələrin idarəetmə quruluşları ilə bloklanması buna misal ola bilər. Bundan
başqa, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında
tətbiq olunan əlavə
quruluşların və ya zəhərli qaz, tüstü və s. ayrılan iş yerlərində qurulan yerli sorucu
ventilyasiya sisteminin əsas avadanlıqları idarəetmə orqanlan ilə bloklanaraq birgə
idarə olunması müsbət nəticələr verir.
Dostları ilə paylaş: