10.2. TƏLƏBƏLƏRĠN KÖÇÜRÜLMƏSĠ
10.2.1. Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını
dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra
həyata keçirilir.
10.2.2. İxtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin
köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı ixtisas) üzrə qəbul planı
(akkreditasiya haqqında sertifikat) ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə
aparılır.
10.2.3. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət komissiyası (bundan sonra -
TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə
köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az
olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən
müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
10.2.4. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil
aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması,
TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın
|