Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 19/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
10.1.2. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya
ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız
təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil
müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
10.1.3. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına
bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna
olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
10.1.4. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, bakalavriat və magistratura
səviyyələrində xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldıqları ali təhsil
müəssisəsinə öz ixtisasları üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılığı ilə həyata keçirilir.
Dostları ilə paylaş: |