Qafqaz üNİversitesi


Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə48/50
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#1023
1   ...   42   43   44   45   46   47   48   49   50
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi 

          Qafqaz Universiteti

 

│ 



BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS 

ĠMTAHAN

 HAQQINDA ƏSASNAMƏ 

Sənəd №: QU-ƏS-003-AZ     /      NəĢr tarixi: 20.02.2004     /     DəyiĢiklik №: 06     /    DəyiĢiklik tarixi: 24.02.2016    /    Səhifə №: 24/25 

 

 

Hazırlayan: Elmi ġura 



 

 İmza:    /                              /

 

Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi 



 

             İmza:    /                             /

 

Təsdiq edən: Rektor 



 

         İmza:    /                           /

 

 

 



XII.

 

YAY SEMESTRĠNĠN TƏġKĠLĠ  

12.1.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur: 

12.1.1.1. akademik borcların ləğv edilməsi

12.1.1.2. fənlərin prerekvizitliyi  gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil 

müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması; 

12.1.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi

12.1.1.4.  ali  təhsil  müəssisəsinin  təklif  etdiyi  ayrı-ayrı  fənlər  üzrə  digər  ali  təhsil  müəssisəsi 

tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması. 

 

12.1.2. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali 



təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 

(altı)  həftədir.   İmtahan  müddəti  1  (bir)  həftədən  artıq  olmamaqla,  yay  semestrinin  sonuncu 

həftəsində təşkil edilir. 

12.1.3. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. 

12.1.4.  Yay  semestri  və  imtahanlar  növbəti  semestrin  başlanmasına 2  həftə  qalanadək  başa 

çatdırılır. 

12.1.5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin 

başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur. 

12.1.6.  Tələbə  yay  semestrində  iştirakından  asılı  olmayaraq,  payız  semestri  üçün  öz  fərdi  tədris 

planını  iyulun  5-dən  15-dək  fakültəyə  təqdim  etməlidir  və  o,  bu  Əsasnamənin  müvafiq 

yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər. 

12.1.7.  Müvəffəqiyyət  qazandığı  fəndən  qiymətini  yüksəltmək  məqsədi  ilə  tələbəyə  yenidən 

imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni 

yenidən  götürərək  dinləməklə  imtahan  verir.  Tələbə  öz  məqsədinə  nail  olmadıqda,  onun  əvvəl 

topladığı bal qüvvədə qalır. 

12.1.8.  Bu  Əsasnamənin  tələblərinə  uyğun  olaraq,  imtahana  buraxılmayan  tələbə  semestrdə  fənn 

(fənlər)  üzrə  müəyyən  edilmiş  dərslərin  50  faizindən  çoxunda  iştirak  etdiyi  halda  o,  həmin  fənni 

(fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir. 

12.1.9. Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir. 



 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin