Mahmud İsmayıl oğlu Əliyev
noyabr 1943 – sentyabr 1944
SSRİ xalq xarici işlər
komissarının müavini
sentyabr 1944 – 24 sentyabr 1958
Azərbaycanın görkəmli diplomatlarından söz düşdükdə Mahmud
Əliyevin adı böyük hörmətlə çəkilir.
Mahmud İsmayıl oğlu Əliyev 1908‐ci ildə Bakı şəhərində qulluqçu
ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə
isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən
əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir.
1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş
həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə
təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi
Rəyasət Heyətinin üzvü olmuşdur.
1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir.
1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır.
1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq
Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri
olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə
İttifaq Sovetinə deputat seçilmişdir.
1938‐1943‐cü illərdə M.Əliyev Azərbaycan Tibb İnstitutunun rəhbəri işləmişdir. O, bu vəzifədə
elmi‐tədqiqat, tələbələr arasında tərbiyə işinin və təhsilin keyfiyyətinin yüksəlməsi sahəsinə böyük
diqqət vermişdir.
M.Əliyev 1943‐1944‐cü illərdə Azərbaycan K(b)P MK‐nın ali və orta məktəblər şöbəsinə başçılıq
etmiş və SSRİ xalq xarici işlər komissarının müavini vəzifəsində işləmişdir.
1944‐cü il yanvarın 28‐dən fevralın 1‐dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının qəbul etdiyi
qanunlara əsasən xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri daha da
genişləndirmək və artırmaq məqsədi ilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil
edilməyə başlandı. Bu dövrdə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılmış və onun ilk
komissarı M.Əliyev təyin edilmişdir. M.Əliyev ömrünün son gününə kimi Azərbaycan SSR xarici işlər
naziri vəzifəsində çalışmışdır. O, bu vəzifədə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi
kimi bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradılmasında, beynəlxalq toplantı və
müşavirələrdə SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak etmişdir.
Lakin bu illərdə Xarici İşlər Nazirliyi yalnız formal olaraq fəaliyyət göstərmiş, demək olar ki, real
səlahiyyətləri olmamışdır.
M.Əliyev Azərbaycan xarici işlər naziri olmaqla yanaşı 1950‐1953‐cü illərdə Azərbaycan SSR
səhiyyə naziri, 1953‐1958‐ci illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru
olmuşdur. O, Azərbaycanda səhiyyə işinin təşkili, yeni‐yeni xəstəxana, poliklinika və s. səhiyyə
ocaqlarının açılması, onların bilikli və bacarıqlı kadrlarla təmin edilməsi və gənc həkimlərin bilik və
təcrübəsinin artırılması sahəsində xeyli iş görmüşdür.
M.Əliyev tutduğu vəzifədən asılı olmayaraq xalqına namusla, vicdanla və təmənnasız xidmət
etmiş, bütün bilik və bacarığını, qüvvəsini Azərbaycanın daha da tərəqqisi və səadəti üçün sərf etmişdir.
Özünü bacarıqlı, mədəni və qayğıkeş rəhbər kimi göstərmişdir.
M.Əliyev xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə Şərəf nişanı ordeni və müxtəlif
medallarla təltif edilmişdir.
Ona eyni zamanda Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi və Azərbaycanın əməkdar həkimi fəxri
adı verilmişdir.
35
M.Əliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, plenum, konfrans, qurultay
və sessiyaların nümayəndəsi olmuşdur.
M.Əliyev 1958‐ci il sentyabrın 24‐də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: