Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
 

*** 

 

 



Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi, f.1,s.80, iş 811. 

 



Azərbaycan SSR Ali Sovetinin deputatları. Səkkizinci çağırış. Bakı, 1973. 

 



Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyası. Stenoqrafik hesabat. Bakı, 1980. 

 



«Kommunist» qəzeti, 1969‐1983‐cü illər. 

 



Qasımov M. Bəşəriyyətin sağ qalması naminə. Bakı, 1991. 

 



Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında (mədəni əməkdaşlıq). Bakı, 1992. 

 

 



 

 

 

 

 

38



 

 

Elmira Mikayıl qızı Qafarova 

1 dekabr 1983 – 22 dekabr 1987 

 

Azərbaycanın  ictimai,  siyasi  və  dövlət  xadimlərindən  biri  Elmira  Mikayıl 



qızı  Qafarova  olmuşdur.  E.Qafarova  1934‐cü  il  martın  1‐də  Bakıda  qulluqçu 

ailəsində  anadan  olmuşdur.1953‐cü  ildə  orta  məktəbi    müvəffəqiyyətlə,  1958‐ci 

ildə  isə  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsini  fərqlənmə 

diplomu  ilə  bitirmişdir.  O,  Universietetdə  oxuduğu  zaman  ən  fəal  tələbələrdən 

olmuş  və  Azərbaycan  Dövlət  Universitetinin  komsomol  komitəsinin  katibi 

vəzifəsində işləmişdir. 

1958‐1961‐ci  illərdə  E.Qafarova  ADU‐nun  aspirantı  olmuş  və  namizədlik  dissertasiyasını  müdafiə 

edib filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 

E.Qafarova  1961‐1962‐ci  illərdə  Azərbaycan  KP  MK‐da  elm  və  ali  məktəblər  şöbəsində  təlimatçı, 

1961‐1962‐ci  illərdə  isə  Azərbaycan  Lenin  Kommunist  Gənclər  İttifaqının    katibi  vəzifələrində 

çalışmışdır.  Tezliklə  respublika    gəncləri  arasında  böyük  hörmət  və  nüfuz  qazanan  E.Qafarova 

Azərbaycan  LKGİ‐nin  birinci  katibi  seçilmişdir.  O,  bu  vəzifədə  1966‐1970‐ci  illərdə  işləmişdir. 

E.Qafarova  bu  məsul  vəzifədə  Azərbaycan  gənclərinin  həyatda,  təhsildə,  istehsalatda  bilik  və 

bacarıqlarının artırmaları, inkişaf etdirmələri sahəsində xeyrli zəhmət çəkmişdir.  

E.Qafarova  1970‐1971‐ci  illərdə  Azərbaycan  KP  MK  mədəniyyət  şöbəsi  müdirinin  müavini,  1971‐

1980‐ci  illərdə  isə  Azərbaycan  KP  Bakı  Komitəsinin  ideologiya  katibi  olmuşdur.  O,  bu  vəzifədə  Bakı 

şəhərinin  abadlaşdırılması,  yaşıllaşdırılması,  fəhlələrin,  xüsusən  gənc  fəhlələrin  partiyanın  ideoloji 

mübarizəsinə cəlb edilməsi sahəsində xeyli iş görmüşdür. 

1980‐1983‐cü  illərdə  Azərbaycan  SSR  maarif  naziri  vəzifəsində  çalışmış  E.Qafarova  Azərbaycanda 

maarifçiliyin  yayılmasında,  məktəb  şəbəkələrinin  çoxaldılmasında,  savadlı,  bilikli,  təcrübəli 

müəllimlərlə  təmin  olunmasında,  uşaqların  təhsilə  cəlb  edilməsində  yaxından  iştirak  etmiş,  bir  sıra 

məktəb olimpiadalarının əsas təşkilatçısı olmuşdur. 

E.Qafarova 1983‐1987‐ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsini daşımışdır. E.Qafarova 

xarici  işlər  naziri  kimi  Azərbaycanın  Avropa,  Asiya  və  Afrikanın  bir  sıra  ölkələri  ilə  siyasi,  ictimai  və 

mədəni  əlaqələrinin  genişləndirilməsi,  bir‐birinə  nümayəndələr  göndərməsi  sahəsində,  beynəlxalq 

müşavirə,  konfrans  və  sessiyalarda  yaxından  iştirak  etmişdir.  O,  1984‐cü  ilin  oktyabrında  BMT  Baş 

Məclisinin  XXXIX  sessiyasının  və  onun  komitələrinin  iclaslarında  iştirak  və  çıxış  etmişdir.  BMT  Baş 

Məclisinin  XXXIX  sessiyasının  üçüncü  komitəsinin  nümayəndələri  irqçilik  və    irqi  ayrı‐seçkilik 

qalıqlarının kökünü kəsmək məsələlərini müzakirə etmişlər. Diskussiyada birinci çıxış edən E.Qafarova 

irqi  ayrı‐seçkiliyi  kəskin  tənqid  edərək  demişdir:  «Bütün  sahələrdə  irqi  ayrı‐seçkiliyi  şirnikləşdirənlər 

hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial‐iqtisadi hüquqlardan danışa 

bilərlər». 

E.Qafarova üçüncü komitənin «Beynəlxalq gənclər ili: iştirak, inkişaf və sülh» diskussiyasında çıxış 

edərək  demişdir:  «Gənclərin  işsizliyi  və  qeyri‐hüquqi  vəziyyəti  problemi  bir  sıra  ölkələrdə  ağır 

problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin və irqi ayrı‐seçkiliyin obyekti olur, onların əsas siyasi 

və sosial‐iqtisadi hüquqları kobud şəkildə tapdalanır... BMT bunların həllinə daim diqqət yetirməlidir».  

1987‐1989‐cu  illərdə  E.Qafarova  Azərbaycan  SSR  Nazirlər  Soveti  sədrinin  müavini  vəzifəsində 

çalışmışdır.  O,  bu  vəzifədə  də  humanitar  sahələrə  –  elm,  mədəniyyət,  maarif  sahələrinə  rəhbərlik 

etmişdir. 

Məsul vəzifələrdə inam və  xalqa sədaqətlə, pillə‐pillə addımlayan E.Qafarova 1989‐1990‐cu illərdə 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. O, Rəyasət Heyətinin sədri kimi bir sıra 

iqtisadi  və  siyasi  əhəmiyyətli  sərəncam  və  qərarlarının  verilməsində  fəal  iştirak  etmişdir.  1989‐cu  il 

dekabrın  30‐da  Gəncə şəhərinin  adının  bərpa  olunması  və  1990‐cı  il  martın  13‐də  Azərbaycan  xalqının 

milli  bayramı  olan  Novruz  bayramının  rəsmən  qeyd  edilməsi  haqqında  fərmanları  E.Qafarova 

imzalamışdır. 

39



 

Azərbaycanın  siyasi  və  ictimai  vəziyyətinin  ağır  və  gərgin  dövründə,  erməni  silahlı  qüvvələrinin 

torpaqlarımızı  işğala  başladığı  bir  vaxtda  sovet  qoşunları  1990‐cı  il  yanvarın  19‐dan  20‐nə  keçən  gecə 

Bakıya soxularaq dinc adamları qətlə yetirdi. Bu vaxt E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı 

cinayətə  etiraz  bəyanatı  ilə  çıxış  etmiş  və  onun  haqqında  həqiqəti  tezliklə  bütün  ölkələrə  yaymağa 

başlamışdır.  Həmin  bəyanatda  deyilirdi:  «SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  tərəfindən  respublikamızın 

Bakı  şəhərində  fövqəladə  vəziyyət  elan  edilməsi  ilə  əlaqədar  olaraq  Azərbaycan  xalqı,  respublikanın 

bütün vətəndaşları adından qəti etirazımı bildirirəm… Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, 

Azərbaycan  SSR  ali  dövlət  hakimiyyət  və  idarə  orqanları  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  belə  bir 

qərarının  qəbul  olunmasına  razılıq  verməmişlər.  Tökülən  qan  üçün  bütün  məsuliyyət  bu  qərarı  qəbul 

etmiş  və  bilavasitə  onun  icrasını  təmin  etmiş  SSRİ  orqanları  və  onların  vəzifəli  şəxslərinin  üzərinə 

düşür». Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990‐cı il yanvarın 

21‐22‐də  Azərbaycan  SSR  Ali  Sovetinin  fövqəladə  sessiyasını  çağırdı  və  ona  başçılıq  etdi.  Sessiya 

yanvarın  22‐də  E.Qafarovanın  imzası  ilə  «SSRİ  Ali  Sovetinə,  müttəfiq  respublikaların  Ali  Sovetlərinə, 

Sovet  İttifaqı  xalqlarına,  dünyanın  bütün  ölkələrinin  parlamentlərinə,  Birləşmiş  Millətlər  Təşkilatına 

Azərbaycan  SSR  Ali  Sovetinin  Müraciəti»ni  qəbul  etmişdir.  Müraciətdə  deyilirdi:  «Bakının  və  bütün 

Azərbaycanın  dinc  əhalisinə  qarşı  misli  görünməmiş  dəhşətli  cinayət  törədilir.  Helsinki  və  Vyana 

müqavilələrinin  sənədlərini  imzalayan…  hüquqi  dövlət  yaratmaq  iddiasında  olan  sovet  dövləti 

qanunları  tapdalayaraq...  SSRİ  Ali  Sovetinin  sanksiyası  və  respublikanın  ali  hakimiyyət  orqanlarının 

razılığı olmadan  yanvarın 19‐dan 20‐nə keçən gecə Azərbaycana qarşı təcavüz etmişdir… müxtəlif silah 

növlərindən  (tanklardan,  zirehli  transportyorlardan,  avtomat  silahlardan,  hərbi  aviasiya  və 

donanmadan)  istifadə  edərək  elan  olunmadan  Bakı  şəhərinə,…respublikanın  digər  rayonlarına  hücum 

edib dinc əhalini, Bakıda  fövqəladə  vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə 

etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var… 

Azərbaycan  SSR  Ali  Soveti  ölkə  və  dünya  ictimaiyyətinə  müraciət  edərək  onları  Azərbaycan 

torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır». 

1990‐cı  ilin  mayından  respublikada  prezident  idarəçiliyinə  keçildi,  Azərbaycan  SSR  Ali  Sovetinin 

Rəyasət  Heyəti  və  onun  sədri  vəzifəsi  ləğv  olundu.  E.Qafarova  deputatlar  tərəfindən  yekdilliklə 

Azərbaycan  SSR  Ali  Sovetinin  sədri  seçildi.  O,  1990‐1992‐ci  illərdə  Azərbaycan  Ali  Sovetinə  sədrlik 

etmişdir.  E.Qafarova  yaranmış  ağır  şəraitə  baxmayaraq,  Ali  Sovetin  sessiyalarını  müntəzəm  çağırır, 

qoyulan məsələlərin həllinə və respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə tanınmasına və 

nüfuzunun  artmasına  çalışırdı.  E.Qafarova  Ali  Sovetin  sədri  olduğu  dövrdə  Azərbaycan  xalqı  üçün 

tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermişdir. Məsələn, 1991‐ci il oktyabrın 18‐də 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi; oktyabrın 29‐da onun müstəqilliyinin 

tanınması  haqqında  «Dünya  birliyinin  üzvü  olan  dövlətlərin  parlament  və  hökumətlərinə  Ali  Sovetin 

müraciəti»; 1992‐ci il martın 2‐də Azərbaycan Respublikasının BMT‐də qəbul edilməsi və s.  

E.Qafarova  dəfələrlə  Azərbaycan  SSR  Ali  Sovetinin  deputatı,  Azərbaycan  KP  MK  və  Bakı 

Komitəsinin 

üzvlüyünə  

namizəd və üzvü, ÜİLKGİ MK və ALKGİ MK üzvü olmuşdur. Azərbaycan Ali Sovetinin sessiyalarında, 

Azərbaycan KP və Bakı Komitəsinin, ÜİLKGİ və ALKGİ‐nin plenum, konfrans və qurultaylarında iştirak 

etmişdir. 

O,  bir  ictimai  və  dövlət  xadimi  kimi  iki  dəfə  Qırmızı  Əmək  bayrağı  və  Şərəf  nişanı  ordenləri  ilə 

mükafatlandırılmışdır. 

E.Qafarova  1993‐cü  il  avqustun  1‐də  Bakı  şəhərində  vəfat  etmiş  və  Fəxri  xiyabanda  dəfn 

olunmuşdur. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin