Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
 

 

 

 

41



 

 

Hüseynağa Musa oğlu Sadıqov 

27 yanvar 1988 ‐ may 1992 

 

Azərbaycanın görkəmli diplomatlarından biri  Hüseynağa Sadıqovdur. 



1940‐cı il martın 14‐də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı 

şəhər  132№‐li  orta  məktəbi  bitirmişdir.  1958‐1963‐cü  illərdə  M.F.Axundov 

adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili şöbəsində təhsil 

almışdır.  1962‐ci  ildən    «İnturist»də  işlər  idarəsinin  müavini,  1970‐ci  ildən 

Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı, 1974‐cü ildən Almaniya 

Demokratik  Respublikasının  Leypsiq  şəhərində  SSRİ  konsulluğunda  vitse‐

konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.  

1988‐ci il yanvarın 27‐dən 1992‐ci ilin may ayınadək Azərbaycan Respublikasının  xarici işlər naziri 

vəzifələrində  işləmişdir.  Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonrakı  ilk  yeddi  ayda 

xarici işlər naziri olmuş, onun tanınması, ikitərəfli və çoxtərəfli əlaqələrinin qurulmasından ötrü böyük 

səylər göstərmişdir. 

1991‐ci  il  oktyabrın  18‐də  Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonra  Xarici  İşlər 

Nazirliyi  yenidən  qurulmağa  başladı,  yeni  idarə  və  şöbələr  yaradıldı.  Azərbaycanın  müstəqilliyini  de‐

fakto  olaraq  bir  çox  dövlətlər  tanımağa  başladı.  Bir  sıra  dövlətlər  Azərbaycanda,  o  cümlədən 

Azərbaycan Respublikası  bir sıra dövlətlərdə səfirlik və konsulluqlarını açdı. Azərbaycan beynəlxalq və 

regional təşkilatlara üzv olmağa başladı. Azərbaycan Respublikası İslam Konfransı Təşkilatına, BMT‐yə 

və b. üzv oldu. İran, Türkiyə və b. ölkələrlə bir sıra ikitərəfli müqavilələr imzalandı. H.Sadıqov 1992‐ci 

ilin  iyununda  Azərbaycan  Respublikasının  AFR,  İsveçrə,  Hollandiya  və  Lüksemburqda  Fövqəladə  və 

Səlahiyyətli  səfiri  təyin  edilmişdir.  O,  Azərbaycanın  Avropa  ölkələrində  ilk  səfiri  olmuşdur. 

Azərbaycanla  AFR  arasında  siyasi,  iqtisadi  və  mədəni  əlaqələrin  və  münasibətlərin  təşkili  və  inkişafı 

üçün  xeyli  səy  göstərmişdir.  Bir  səfir  kimi  H.Sadıqov  Ermənistanın  Azərbaycan  torpaqlarının  işğalına 

son  qoyması  məsələlərində,  Dağlıq  Qarabağ  probleminin  həllində  ölkəmizin  ədalətli  mövqeyinin 

Almaniya  tərəfindən  müdafiə  edilməsində  səmərəli  fəaliyyət  aparmışdır.  Azərbaycan  Respublikasının 

prezidenti  H.Əliyevin  AFR‐ə  səfərinin  təşkilində,  Almaniya  rəhbərliyi  və  rəsmi  dairələri,  işgüzar 

adamları  ilə  görüşlərinin  keçirilməsində,  ikitərəfli  münasibətlərə  dair  çoxlu  sənədlərin  hazırlanması  və 

imzalanmasında yaxından iştirak etmişdir. 

Almaniyadan Azərbaycana müxtəlif səviyyəli nümayəndə heyətləri səfər etmişdir. İki ölkə arasında 

işgüzar əlaqələr qurulmuş və inkişaf etdirilmişdir. 

H.Sadıqov  Almaniya,  İsveç,  Hollandiya  və  Lüksemburqda  Azərbaycan  diasporasının 

formalaşmasına səylər etmişdir. 

 

*** 

 



Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991‐1992. 

 



Azərbaycanda kim kimdir? Sorğu‐məlumat kitabı. Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1999. 

 



Azərbaycan: Kim‐kimdir?  2001. Bakı, Biznes aress nəşriyyatı, 2001.  

 



«Azərbaycan» qəzeti, 1992‐2002‐ci illər. 

 



Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991‐1996). Bakı, 2000. 

 



Qasımov  M.  Xarici  siyasət:  yenidənqurma,  problemlər,  mülahizələr.  –  «Azərbaycan  gəncləri» 

qəzeti, 


1988,  

13 sentyabr. 

 

Orucov R., Qasımov M. Beynəlxalq həyat və Sovet Azərbaycanı. – «Kommunist» qəzeti, 1989, 15 



noyabr. 

 



Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991‐1995‐ci illər). Bakı, 1996. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin