Microsoft Word musa qasimli doc


  Tofiq Məsim oğlu Qasımov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   15   16   17   18   19   20   21   22   23
 

42



 

Tofiq Məsim oğlu Qasımov 

may 1992 ‐ 26 iyun 1993 

 

Azərbaycan  xalqının  XX  əsrin  sonlarında  apardığı  müstəqillik  uğrunda 



mübarizənin  rəhbərlərindən,  Azərbaycan  Xalq  Cəbhəsinin  yaradıcılarından 

biri T.Qasımov olmuşdur. 

Tofiq  Məsim  oğlu  Qasımov  1938‐ci  il  aprelin  10‐da  Azərbaycan 

Respublikası  Ağdaş  rayonunun  Ləki  kəndində  anadan  olmuşdur.  O,  1955‐ci 

ildə  22  №‐li  Ağstafa  dəmiryol  orta  məktəbini  bitirmişdir.  1955‐ci  ildə 

Azərbaycan Dövlət Universitetinin fizika‐riyaziyyat fakültəsinə daxil olmuş və 

1960‐cı  ildə  həmin  Universitetin  fizika  fakültəsini  nəzəri  fizika  ixtisası  üzrə 

bitirmiş,  təyinat  əsasında  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  Fizika  İnstitutunda  işə 

başlamışdır.  Orta  məktəbdə  və  Universitetdə  dərs  əlaçısı,  Universitetdə  Stalin  təqaüdçüsü  olmuşdur. 

Aspiranturanı  Leninqrad  şəhərində  A.F.İoffe  adına  Fizika‐Texnika  İnstitutunda  «Bərk  cisimlərin 

nəzəriyyəsi»  laboratoriyasında  bitirmişdir.  1969‐cu  ilin  aprel  ayında  Leninqrad  şəhərində  SSRİ  Elmlər 

Akademiyasının  Yarımkeçiricilər  İnstitutunda  namizədlik  dissertasiyası  müdafiə  edərək  fizika‐

riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 

Elmi  rəhbərliyi  altında  Fizika  İnstitutunda  üç  namizədlik,  bir  doktorluq  dissertasiyası  müdafiə 

edilmişdir.  25  ümumittifaq  və  beynəlxalq  elmi  konfransda  elmi  məruzələrlə  çıxış  etmişdir.  100  elmi 

məqalənin müəllifidir. Onlardan 20‐si Azərbaycanda, 80‐i isə xarici jurnallarda çap olunmuşdur. 1987‐ci 

ildən siyasi fəaliyyətə başlamışdır. Elmlər Akademiyasının bir qrup əməkdaşı ilə birlikdə əvvəlcə “Bakı 

Alimlər Klubu”nu yaratmışdır. Onun və digər qurumların əsasında sonradan Azərbaycan Xalq Cəbhəsi 

təşkil edilmişdir. AXC‐nin Təşəbbüs qrupunun və ilk idarə heyətlərinin üzvü, sədrin xarici əlaqələr üzrə 

müavini,  AXC  Məclisinin  üzvü  olmuşdur.  1989‐cu  ildən  başlayaraq  deputatlarla  iş  aparmaq  üçün 

dəfələrlə  Moskvaya  SSRİ  Ali  Sovetinin  sessiyalarına  ezam  olunmuşdur.  Baltik  ölkələri  xalq  cəbhələri, 

Rusiya,  Ukrayna  və  Belorusiya  xalq  hərəkatlarının  nümayəndələri  və  xalq  deputatları  ilə  sıx  əlaqə 

saxlamışdır.  Müstəqil  Litva  Ali  Məclisinin  1‐ci  sessiyasında  çıxış  etmiş  və  AXC  adından  müstəqillik 

gününü təbrik etmişdir. Litva Xalq hərəkatı  “Saydis”in qurultayının iştirakçısı olmuşdur. 

Moskvada  demokratik  hərəkat  və  təşkilatlarının  birləşdiyi  “Qrajdanskoe  deystvie”  (Vətəndaş 

hərəkatı)  təşkilatının  Ali  Şurasının  üzvü  seçilmişdir.  1990‐cı  ilin  iyun  ayında  Praqada  “Demokratiya  i 

nezavisimost”  (Demokratiya  və  müstəqillik)  beynəlxalq  təşkilatının  konqresində  İdarə  Heyətinə  üzv 

seçilmişdir.  Moskvada  Kremlin  “Manej”  meydanında  keçirilən  antikommunist  mitinqlərində  dəfələrlə 

iştirak etmiş və nitq  söyləmişdir.  

1990‐cı  ilin  fevral  ayında  Moskvaya  ezam  edilmiş   və  100‐dən  artıq  xarici  agentlik  nümayəndələri 

və müxbirlərlə görüş keçirərək 20 yanvar qırğını barədə geniş məlumat vermiş, Qorbaçov başda olmaqla 

SSRİ  rəhbərliyinin  cinayətkar  olduğunu  dünyaya  bəyan  etmişdir.  Azərbaycan  Respublikası  Ali 

Sovetində  23  sentyabr  1989‐cu  ildə  qəbul  edilmiş  “Azərbaycan  Respublikasının  Suverenliyi  haqqında 

Konstitusiya 

Qanunu”nun 

müzakirəyə 

çıxarılmasının 

təşəbbüskarlarından 

olmuş, 

onun 


hazırlanmasında  Xalq  Cəbhəsini  təmsil  etmiş,  fəal  iştirak  etmiş  və  həmin  qanunu  Ali  Sovetə  təqdim 

etmək  də  ona  tapşırılmışdır.  «QKÇP»  dövründə  Rusiya  Federasiyası  Ali  Sovetində  və  demokratik 

təşkilatlarla  iş  aparmaq  üçün  Moskvaya  ezam  edilmiş  və  danışıqlar  aparmışdır.  AXC‐də  «QKÇP»‐ni 

qanunsuz  dövlət  çevrilişi  cəhdi  kimi  pisləyən  bəyanatın  qəbul  edilməsinin  təşəbbüskarlarından 

olmuşdur. 

1991‐ci  ilin  fevral  ayında  Azərbaycan  Respublikası  Ali  Sovetində  yaradılmış  “Müstəqil 

Azərbaycan”  deputat  blokunun  sədrlərindən  biri  idi.  Əvvəllər  Azərbaycan  Respublikası  Ali  Sovetinin 

Dövlət  Quruculuğu  komissiyasının  üzvü,  sonra  isə  sədri  olmuşdur.  Azərbaycan  Respublikası  Milli 

Məclisinin yaradılması ilə Dövlət Quruculuğu və Hüquq Siyasəti komissiyasının sədri seçilmişdir. 

1991‐ci  il  oktyabrın  18‐də  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  elan  edilməsinin 

təşəbbüskarlarından  və  Azərbaycan  Respublikasının  müstəqilliyi  haqqında  Konstitusiya  aktının 

müəlliflərindən biridir. 

43



 

1992‐ci  ilin  may  ayında  Azərbaycan  Respublikası  prezidentinin  səlahiyyətlərini  icra  edən 

Azərbaycan Respublikası Ali Sovetinin sədri, ölkənin ilk qeyri‐kommunist rəhbəri İsa Qəmbərin fərmanı 

ilə  xarici işlər naziri təyin edilmiş və 1993‐cü  ilin iyunun 26‐dək bu  vəzifədə çalışmışdır. Bu müddətdə 

Azərbaycanın  150‐yə  yaxın  xarici  ölkə  ilə  diplomatik  əlaqələri  qurulmuş,  bəzi  böyük  dövlətlərin 

Azərbaycanda, Azərbaycanın bu dövlətlərdə səfirlikləri açılmışdır. Diplomatik dərəcələrə dair qanunlar 

qəbul edilmişdir. 

1994‐cü il mayın 31‐dək Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti komissiyasının sədri 

vəzifəsini  aparmışdır.  Mayın  31‐də  Azərbaycan  Respublikası  Milli  Məclisinin  üzvlüyündən  azad 

edilmişdir.  1995‐ci  il  parlament  seçkilərinədək  Azərbaycan  Respublikasının  millət  vəkili  olaraq 

qalmışdır. 1995‐ci ilin avqustundan Müsavat Partiyası Məclisinin və Divanının üzvü olmuşdur.  

Xarici işlər naziri işlədiyi müddətdə Azərbaycanın MDB‐yə daxil olmaması haqqında Milli Məclisin 

qərar  verməsinə,  Qəbələ  Radiolokasiya  Stansiyasının  bağlanması  haqqında  qərar  vermək  məqsədilə 

komissiya  yaradılmasına  baxmayaraq,  Rusiya  ilə  normal  münasibətlər  qurulmasına  səylər  olundu, 

dövlətlərarası  müqavilə  imzalandı  və  bununla  da  Rusiya  Azərbaycanın  müstəqilliyini  rəsmi  surətdə 

qəbul etdi. 1992‐ci il oktyabrın 12‐də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, 

əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Lakin bu müqavilə ratifikasiya edilmədi. 

T.Qasımov  ABŞ  Dövlət  Departamentində  dəfələrlə,  bir  dəfə  Pentaqonda,  bir  neçə  dəfə  Konqresdə 

görüşlər  keçirmiş  və  danışıqlar  aparmışdır.  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  haqqında 

ATƏM çərçivəsində danışıqlar prosesi bərpa edildi və Azərbaycanın dövlət mənafeyinə uyğun şərtlərlə 

aparılmağa başlandı. 

Azərbaycan ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı, Asiya 

və Sakit okean Əməkdaşlığı Təşkilatiına və bir çox digər təşkilatlara üzv oldu. 

Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən İnsan haqları bəyannaməsinə, Cenevrə 

konvensiyasına,  Nüvə  silahlarının  yayılmaması  haqqında  konvensiyaya  qoşuldu.  Kimyəvi  və 

baktereoloji silahların qadağan olunması haqqında konvensiyaya T.Qasımov imza atmışdır. 

BMT‐nin 47‐ci Baş Assambleyasında iştirak və məruzə etmişdir. 

BMT  Baş  Katibi  ilə  Azərbaycanda  BMT‐nin  nümayəndəliyinin  açılması  haqqında  sazişi 

imzalamışdır.  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  kimi  BMT‐də  əsas  dövlətlərin  və  təşkilatların 

təmsilçiləri,  Assambleyada  iştirak  edən  25  dövlətin  xarici  işlər  nazirləri  və  5  dövlətin  prezidentləri  ilə 

ikitərəfli görüşlər keçirmişdir. 

1992‐ci il noyabr ayında ABŞ‐ın əsas sığorta təşkilatı olan OPİC‐lə «Azərbaycana sərmayə qoyacaq 

şirkətlərin  və  sərmayəçilərin  iqtisadi  risklərinin  sığortalanması»    haqqında  sazişi  imzalamışdır.  ABŞ 

Ticarət  Palatasının  sədri  ilə  görüş  keçirmişdir.  İki  ölkə  arasında  Azərbaycanın  bəzi  şərtlərini  nəzərdə 

tutan yeni ticarət müqaviləsi imzalamaq təklif olunmuş, bir müddət sonra amerikan tərəfi buna razılıq 

vermiş və xarici işlər nazirinin ABŞ‐a ikinci  səfəri zamanı bu müqavilə imzalanmışdır.  

1992‐ci il mayın 22‐25‐də Lissabonda Avropa Birliyinin «Yeni yaranmış Müstəqil Dövlətlərə İqtisadi 

Yardım  Proqramı»nın müzakirə  edildiyi  sammitdə  çıxış  edərək  «bu  gün  bizə  iqtisadi  yardımdan  daha 

önəmlisi  Avropa  Birliyinin  bizim  əsas  problemimiz  olan  ʺErmənistanın  Azərbaycana  təcavüzü  və 

ərazilərimizin  işğal  edilməsi,  Azərbaycanın  ərazi  bütövlüyünün  bərpası»  probleminin  həllində  yardım 

etməsidir» söyləmiş və Avropa Birliyindən bu istiqamətdə dəstək istəmişdir. 

Lissabon  sammitində  iştirak  edən  ABŞ  Dövlət  Katibi  cənab  Beykerlə  görüş  zamanı  ondan 

Azərbaycanın haqq işinin ABŞ tərəfindən dəstəklənməsini, ATƏT çərçivəsində Ermənistan‐Azərbaycan 

münaqişəsinin həlli istiqamətində dayandırılmış danışıqların davam etdirilməsinə yardımçı olmasını, bu 

münaqişənin Rusiyanın mənafeyinə xidmət etməsi səbəbindən onun səylərinin neytrallaşdırılmasını və 

problemin  həllini  ABŞ‐ın  öz  üstünə  götürməsini  Azərbaycan  dövləti  adından  xahiş  etmişdir.  Cənab 

Beyker  ABŞ‐ın  problemə  ciddi  yanaşdığını  və  bu  istiqamətdə  gərəkli  addımlar  atılacağını,  yalnız 

Azərbaycan tərəfinin də atəşkəsin saxlanmasına çalışmasını rica etmişdir. 

ABŞ‐ın təşəbbüsü ilə ATƏT çərçivəsində danışıqlar prosesinə başlanmış və danışıqlar Azərbaycanın 

maraqlarına  və  ATƏT‐in  Minsk  qrupunun mandatına  uyğun  aparılmışdır.  ATƏT‐in  mandatına əsasən 

münaqişənin  tərəfləri  Azərbaycan  Respublikası  və  Ermənistan  Respublikası,  Dağlıq  Qarabağın 

44



 

azərbaycanlı  əhalisi  və  erməni  icması  isə  iki  maraqlı  tərəf  kimi  göstərilmişdir.  İcma  nümayəndələrinin 

işçi qrupların və Minsk qrupunun toplantılarında iştirak etmək və öz fikirlərini söyləmək hüququ olsa 

da, səsvermə hüququ olmamışdır. 

Kəlbəcərin  işğalına  qədərki  danışıqlarda  ATƏT‐in  mandatına  uyğun  olaraq    Minsk  qrupunun 

vəzifələri  əsasən  aşağıdakılardan  ibarət  idi:  Şuşanı  erməni  yaraqlılarından  təmizləmək,  dinc  əhalinin 

daimi  yaşayış  yerlərinə  dönməsini  təmin  etmək  və  oraya  beynəlxalq  nəzarətçilər  gətürmək;    Laçını 

erməni silahlı  dəstələrindən  təmizləmək,  dinc əhalinin  daimi  yaşayış  yerlərinə  dönməsini  təmin  etmək 

və oraya beynəlxalq  nəzarətçilər gətirmək; Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Minsk 

konfransını çağırıb Dağlıq Qarabağın statusu məsələsini müzakirə etmək. 

1993‐cü  il  fevralın  29‐da  Romada  ATƏT  çərçivəsində  aparılan  danışıqların  ikinci  mərhələsinin 

yekunu  olaraq  ATƏT çərçivəsində  bir  komissiyanın  yaradılaraq  «Dağlıq  Qarabağda  yerləşdirilmiş  ağır 

silahların mənşəyinin araşdırılması və onların yararsız hala  gətirilərək məhv edilməsi haqqında» sazişi 

xarici  işlər  naziri  T.Qasımov  və  Ermənistan  xarici  işlər  nazirinin  birinci  müavini  Libaridyan 

imzalamışlar.  Sonradan  danışıqlar  İsveçin  Cenevrə  şəhərində  daha  iki  mərhələdə  davam  etdirildi.  Bu 

danışıqların  nəticəsində  Şuşa  və  Laçının  erməni  silahlı  dəstələrindən  təmizlənməsi  və  dinc  əhalinin 

daimi yaşayış yerlərinə dönməsi şərtləri razılaşdırıldı və yeganə mübahisə obyekti kimi Laçın dəhlizinin 

statusu  məsələsi  qaldı.  Ermənistan  tərəfi  bu  dəhlizin  beynəlxalq  nəzarətə  verilməsinin,  Azərbaycan 

tərəfi  isə  bu  dəhlizin  Azərbaycanın  nəzarətində  olmasının,  dinc  erməni  vətəndaşlarının  və  humanitar 

yardımların sərbəst buraxılması öhdəliyinin qəbul edilməsinin tərəfdarı idi. 

Roma  və  Cenevrədə  aparılan  danışıqlarda  Azərbaycan  nümayəndə  heyətinə  xarici  işlər  naziri 

başçılıq  etmişdir.  Danışıqların  üçüncü  mərhələsinə  başlamaq  üçün  Cenevrədə  olan  Azərbaycan 

nümayəndə heyəti erməni və rus birliklərinin Kəlbəcər rayonunu işğal etdikləri xəbərini aldı.  

Azərbaycanın  BMT‐dəki  daimi  nümayəndəsi  H.Həsənova  BMT  Təhlükəsizlik  Şurasının  sədrinə 

təqdim ediləcək sənəd göndərildi. Ertəsi gün H.Həsənov sənədi Təhlükəsizlik Şurasının sədrinə təqdim 

etdi.  Beləliklə,  1993‐cü  il  aprelin  6‐da  Ermənistan‐Azərbaycan  münaqişəsinin  tənzimlənməsi  məsələsi 

böyük  zəhmət  nəticəsində  BMT  Təhlükəsizlik  Şurasının  icraatına  verilmiş  oldu.  Məsələ  Təhlükəsizlik 

Şurasına  verildikdən  sonra  aprelin  8‐də  T.Qasımov  Nyu‐Yorka  getmişdir.  Həmin  gün  Təhlükəsizlik 

Şurasının  sədri  pakistanlı  cənab  Makoverlə  görüşüb  məsələnin  Təhlükəsizlik  Şurasının  növbəti 

toplantısının gündəliyinə salınmasını rica etmişdir. Təhlükəsizlik Şurasının daimi və keçici üzvləri olan 

ölkələrin  təmsilçiləri  ilə  görüşlər  keçirərək  problem  barədə  ətraflı  məlumat  verib  onlardan  dəstək 

istəmişdir. BMT Baş Katibi və BMT yanındakı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilmişdir.  

T.Qasımov  1993‐cü  il  aprelin  27‐28‐də  yenidən  Təhlükəsizlik  Şurasının  bütün  üzvləri  ilə  təkrar 

görüşlər keçirib onların razılığını almışdır. Aprelin 29‐da Təhlükəsizlik Şurasının toplantısı keçirilmiş və 

aprelin 30‐da  BMT Təhlükəsizlik Şurasının 822 №‐li qətnaməsi dünyaya bəyan edilmişdir. Qətnamədə 

erməni  silahlı  qüvvələrinin  Azərbaycanın  bütün  işğal  etmiş  ərazilərini  dərhal  və  qeyd‐şərtsiz 

boşaltmaları tələb olunmuşdur. 

BMT  Təhlükəsizlik  Şurasının  822  №‐li  qətnaməsinin  icrası  istiqamətində    ilk  addım  olaraq  ATƏT 

çərçivəsində  Finlandiya  nümayəndəsinin  başçılığı  ilə  60  nəfərdən  ibarət  müşahidəçi  dəstəsi  hazırlandı. 

Sonra  Kəlbəcərin  erməni  yaraqlılardan  təmizlənməsi  haqqında  saziş  imzalandı.  Sazişi  Ermənistan 

prezidenti Ter‐Petrosyan mayın 8‐də, Azərbaycan prezidenti Əbülfəz Elçibəy isə mayın 12‐də imzaladı. 

Sazişə  görə  Kəlbəcər  bölgəsi  iyunun  14‐dən  29‐a  qədər  erməni  silahlı  dəstələrindən təmizlənməli,  dinc 

əhali daimi yaşayış yerlərinə dönməli və oraya beynəlxalq müşahidəçilər gəlməli idi.  Lakin Gəncədə 4 

iyun  hadisəsi  səbəbindən  Azərbaycan  tərəfi  onların  təhlükəsizliyinə  təminat  verə  bilmədiyindən 

tezləşməsini tövsiyə etdi. Lakin bu istəyə nail olunmadı. 

T.Qasımov  1993‐cü  il  iyunun  26‐da  xarici  işlər  naziri  vəzifəsindən  azad  edilsə  də,  Milli  Məclisin 

komissiya  sədri  kimi  çalışmış,  bir  sıra  qanunların  hazırlanması  və  qəbul  edilməsində  fəaliyyət 

göstərmişdir.  Daha sonra o, siyasi‐ partiya və elmi fəaliyyətlə məşğul olmuşdur. T.Qasımov Türkiyənin 

müxtəlif elmi mərkəzlərində, universitetlərində və beynəlxalq proqramlarda çalışmışdır. 

45



 

T.Qasımov xarici işlər naziri kimi Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABŞ və s. ölkələrin rəsmi 

dövlət  və  hökumət  adamları  ilə  görüşərək  ikitərəfli  münasibətlərin  qurulması  və  inkişafına  dair 

danışıqlar aparmışdır.  




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin