Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   15   16   17   18   19   20   21   22   23
 

 

 

 

51



 

 

Tofiq Nadir oğlu Zülfüqarov 

5 mart 1998 – oktyabr 1999 

 

Azərbaycanın  siyasətçilərindən  və  diplomatlarından  söz  düşəndə  adı 



hörmətlə çəkilənlərdən biri də Tofiq Zülfüqarovdur. 

O,  1959‐cu  il  noyabrın  1‐də  Rusiyanın  Rostov‐Don  şəhərində  həkim 

ailəsində  anadan  olmuşdur.  1961‐ci  ildə  ailəsi  ilə  birlikdə  Bakı  şəhərinə 

köçmüşdür. 1966‐1976‐cı illərdə Bakı şəhərində 193 saylı orta məktəbdə təhsil 

almışdır. 

1976‐cı  ildə  Azərbaycan  Dövlət  Universitetinin  şərqşünaslıq  fakültəsinin 

ərəb  dili  və  ədəbiyyatı  şöbəsinə  daxil  olmuş,  1981‐ci  ildə  ərəb,  rus  dili  və 

ədəbiyyatı  müəllimi  ixtisasına  yiyələnmişdir.  1981‐ci  ildə  SSRİ  Silahlı  Qüvvələri  sıralarına  çağırılmış, 

Yəmən  Xalq  Demokratik  Respublikasının  paytaxtı  Ədən  şəhərində  yerləşən  Sakit  okean  hərbi‐dəniz 

donanmasında  xidmətə  göndərilmişdir.  Ezamiyyət  dövründə  hərbi‐dəniz  donanmasının  rabitə 

qərargahının zabiti vəzifəsini yerinə yetirmiş, eyni zamanda 8‐ci operativ bölməyə rəhbərlik edən rabitə 

zabiti  olmuşdur.  YXDR  hərbi  qüvvələrinin  xatirə  medalı  ilə  təltif  olunmuş,  komandanlıqdan  bir  sıra 

fərmanlar  almışdır.  1984‐cü  ildən  ehtiyatda  olan  zabitlər  sırasına  daxil  olmuşdur.  Elə  həmin  ildə  Bakı 

şəhəri Lenin rayonu komsomol komitəsinə işə dəvət olunmuş, bir ildən sonra Azərbaycan Respublikası 

Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna keçmiş və burada 1990‐cı ilə qədər işləmişdir. Sonra isə 

Azərbaycan  EA  Tarix  İnstitutuna  elmi  işçi  vəzifəsinə  keçmişdir.  1988‐ci  ildə  erməni‐azərbaycanlı 

münaqişəsinin  yaranmasından  sonra  digər  elmi  işçilərlə  birlikdə  Azərbaycan  KP  MK‐nın  ekspert‐

analitik qrupuna göndərilmişdir. Bu  dövr ərzində DQMV‐də separatçı qüvvələrə qarşı təbliğat‐təşviqat 

işini təşkil etmək üçün uzun müddətə Xankəndi, Ağdam, Şuşa və Laçına getmişdir. 1992‐ci ildə ATƏM 

erməni‐azərbaycanlı  münaqişəsini  nizamlamağı  öz  üzərinə  götürdükdən  sonra  T.Zülfüqarov 

Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyinə  işə  göndərilmişdir.  1992‐ci  ilin  mayından  fövqəladə 

danışıqlar mərhələsində iştirak etmək üçün Romaya gedən nümayəndə heyətinin tərkibinə qatılmışdır. 

Eyni  zamanda  münaqişənin  Rusiya‐Qazaxıstanın,  həmçinin  İranın  vasitəçilik  səyləri  altında 

nizamlanması  istiqamətində  aparılan  danışıqlarda  iştirak  etmişdir.  1994‐cü  ilin  martında  Xarici  İşlər 

Nazirliyində  şöbə  müdiri  işlədiyi  bir  vaxtda  erməni‐azərbaycanlı  münaqişəsinin  nizamlanması  üzrə 

danışıqlarda  sülh  müqaviləsinin  mətninə  müxtəsər  imza  qoymaq  səlahiyyətlərini  alaraq  nümayəndə 

heyətinə  başçı  təyin  edilmişdir.  Bu  dövrdə  gedən  bütün  danışıqlarda  iştirak  etmiş,  eyni  zamanda 

Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  erməni‐azərbaycanlı  münaqişəsinin  və  münaqişəli  vəziyyətlərin 

həlli  üzrə  idarənin  rəhbəri  olmuşdur.  1994‐cü  ilin  iyununda  Azərbaycan  Respublikası  xarici  işlər 

nazirinin müavini təyin olunmuşdur. Bu dövrdə dünyanın onlarla ölkəsində keçirilən beynəlxlaq tədbir 

və  danışıqlarda  numayəndə  heyətinə  rəhbərlik  etmişdir.  1998‐ci  ilin  yanvarında  Azərbaycan 

Respublikası  prezidenti  H.Əliyevin  fərmanı  ilə  Zülfüqarov  Tofiq  Nadir  oğluna  Fövqəladə  və 

Səlahiyyətli  səfir  ali  diplomatik  rütbəsi  verilmişdir.  1998‐ci  il  martın  5‐də  Azərbaycan  Respublikasının 

xarici işlər naziri təyin olunmuşdur. Azərbaycan Respublikası  xarici  işlər naziri kimi  fəaliyyət göstərən 

T.Zülfüqarov  özünü  təşəbbüskar,  yüksək  hazırlıqlı  diplomat  və  təşkilatçı  kimi  göstərmişdir.  Onun 

təşəbbüsü, prezidentin bilavasitə göstərişi və dəstəyi ilə Xarici İşlər Nazirliyi Bakı şəhərinin mərkəzində 

müstəqil  dövlətin  aktiv  xarici  siyasətini  yeridən  mühüm  dövlət  institutuna  uyğun  olan  yeni  binada 

köçürülmüşdür.  Bu  dövrdə  nazirliyin  mərkəzi  aparatında,  bir  sıra  səfirlik  və  nümayəndəliklərdə 

struktur  və  kadr  dəyişiklikləri  həyata  keçirilmişdir.  Mərkəzi  aparatın  və  Azərbaycan  Respublikası 

səfirliklərinin  tam  kompüterləşdirilməsi  prosesi  başa  çatmışdır.  T.Zülfüqarov  Türkiyə,  Rusiya,  AFR, 

Fransa  və  Gürcüstana  rəsmi  səfər  edərək  bu  dövlətlərlə  ikitərəfli  əlaqələrin  inkişafına  töhfə  vermişdir. 

T.Zülfüqarovun bu müddətdə Türkiyə, Rusiya, ABŞ, Belçika, Lüksemburq, Norveç, Danimarka, Böyük 

Britaniya, Qazaxıstan, Türkmənistan və s. dövlətlərə işgüzar səfərləri olmuşdur.  

1995‐ci  ildə  o,  ilk  dəfə  BMT  Baş  Assambleyasının  sessiyasında  nümayəndə  heyətinin  üzvləri 

tərkibində iştirakçı olmuş, 1998‐1999‐cu illərdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərək BMT 

52



 

Baş  Assambleyasının  sessiyasında  nitq  söyləmişdir.    Sessiyanın  gedişində  ABŞ,  Türkiyə,  İran, 

Qazaxıstan,  Gürcüstan,  Litva,  Türkmənistan  və  s.  ölkələrin  xarici  işlər  nazirləri  ilə  görüşmüşdür. 

Sessiyada  iştirakından  sonra  ABŞ‐a  işgüzar  səfər  zamanı  Vaşinqtonda  Konqres,  Dövlət  Departamenti, 

Müdafiə Nazirliyi, həmçinin Strateji tədqiqatlar mərkəzi, Hopkins İnstitutu, Stenford İnstitutu kimi elmi 

mərkəzlərdə  çoxsaylı  görüşlər  keçirmişdir.  Bu  səfərlərdə  ABŞ‐ın  kütləvi  informasiya  vasitələri,  «Nyu‐

York  Tayms»,  «Vaşinqton  Post»,  «Amerikanın  səsi»  ilə  iş  aparmış,  ABŞ‐da  yəhudi,  türk  və  Ukrayna 

diasporalarının  rəhbərləri  ilə  görüşmüşdür.  Bu  görüşlərdə  erməni‐azərbaycanlı  münaqişəsi  haqqında 

əsil  həqiqətləri  geniş  amerikan  ictimaiyyətinə  çatdırmaq  məqsədilə  əməkdaşlığın  forma  və  metodları 

müəyyən edilmişdir.  

T.Zülfüqarov Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avro‐Atlantik Əməkdaşlığı Şurasının 

işində iştirak etmişdir. Adı çəkilən tədbirlərdə, həmçinin xarici dövlətlərin bir sıra nazirləri, o cümlədən 

Türkiyə,  Böyük  Britaniya,  Bolqarıstan,  GUÖAM  ölkələrinin  xarici  işlər  nazirləri  ilə  də  görüşlər 

keçirmişdir.  Bütün  tədbirlərdə  olduğu  kimi  GUÖAM  ölkələrinin  xarici  işlər  nazirləri  ilə  daimi  iş 

koordinasiyasının  təşkil  edilməsi  mühüm  məsələ  idi.  Bu  görüşlər  BMT,  MDB,  ATƏT‐in  Baş 

Assambleyaları kimi bütün beynəlxalq təşkilatlarda keçirilmiş və daimi xarakter daşımışdır. 

1998‐ci  ilin  iyununda  T.Zülfüqarov  İƏT  Nazirlər  Şurasının  sədri  seçilmişdir.  Nazirlərin  görüşü 

Bakıda  keçirilmişdir.  1998‐ci  ilin  oktyabrında  sədr  vəzifəsini  icra  edərkən  Nyu‐Yorkda  Nazirlər 

Şurasının sessiyası, həmçinin İƏT və ASEAN sədrlərinin müştərək iclası  keçirilmişdir. 

Azərbaycan  Respublikası  prezidenti  H.Əliyevin  1998‐ci  il  26  oktyabr  tarixli  6  №‐li  fərmanı  ilə 

T.Zülfüqarov yeni hökumətdə xarici işlər naziri vəzifəsini təkrarən tutmuşdur. 

O,  ATƏT  ölkələri  xarici  işlər  nazirlərinin  Osloda  keçirilən  görüşündə  iştirak  edən  nümayəndə 

heyətinə  rəhbərlik  etmişdir.  Bu  görüşün  gedişində  Polşa,  Norveç,  Danimarka,  Fransa  və  s.  dövlətlərin 

xarici  işlər  nazirləri  ilə  çoxsaylı  görüşlər  keçirmişdir.  Danışıqların  əsas  məzmununu  ikitərəfli 

münasibətlər,  erməni‐azərbaycanlı  konfliktinin  nizamlanması  problemləri  təşkil  etmişdir.  Bakıda  və 

xaricdə ATƏT‐in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirmişdir.  

Nazirliyin əsas işi Azərbaycan Respublikası prezidenti H.Əliyevin ABŞ (NATO‐nun 50‐ci sammiti), 

Böyük Britaniya, Türkiyə, MDB dövlətləri, Qazaxıstan, Ukrayna, İsveçrə və bir sıra başqa ölkələrə rəsmi 

səfərlərinin  təmin  edilməsi  və  təşkilatçılıq  məsələlərindən  ibarət  olmuşdur.  Böyük  Britaniyaya  rəsmi 

səfər nəticəsində Britaniya‐Azərbaycan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırılmışdır. 

11  dövlət  və  hökumət  başçısının,  onlarla  ölkə  və  beynəlxalq  təşkilatın  nümayəndə  heyətlərinin 

iştirakı  ilə  Azərbaycanda  Böyük  İpək  yolunun  qurulmasına  dair  beynəlxalq  konfransın  keçirilməsi 

mühüm  hadisə  olmuşdur.  Başqa  nazirlik  və  dövlət  orqanları  ilə  yanaşı  Xarici  İşlər  Nazirliyi  bu 

beynəlxalq tədbirin ən yüksək səviyyədə keçirilməsini təşkil etmişdir. Beynəlxalq ictimaiyyətin müstəqil 

Azərbaycana  marağı  bir  çox  dövlət  başçıları  və  rəsmi  nümayəndələrin  çoxsaylı  səfərlərində  özünü 

büruzə vermişdir. 1998‐1999‐cu illərdə Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rumıniya, Bolqarıstan 

prezidentləri,  Belçikanın  baş  naziri,  Yaponiya,  İran,  Türkmənistan, Hindistan,  Ukrayna  və  s.  ölkələrin 

xarici  işlər  nazirlərinin  Azərbaycana  səfərləri  təşkil  edilmişdir.  Azərbaycanın  ikitərəfli  və  çoxtərəfli 

əlaqələrinin  inkişafı  üzrə  aktiv  iş  rejiminə  baxmayaraq,  erməni‐azərbaycanlı  münaqişəsinin  dinc  və 

ədalətli  həlli  yoluna  yönəlmiş  xarici  siyasət  kursunu  daha  mühüm  hesab  etmək  lazımdır.  Bu  çoxtərəfli 

fəaliyyətə  Minsk  konfransı  və  Minsk  qrupunun  müxtəlif  səviyyələrdə  və  ilk  növbədə  dövlət 

səviyyəsində  həmsədrlərlə  danışıqlar  daxil  olmuşdur.  Vasitəçilik  rolu  oynayan  şəxslərlə  birbaşa 

əlaqələrlə  paralel  olaraq  konflikt  haqqında  həqiqətlərin  düzgün  çatdırılması,  kütləvi  informasiya 

vasitələrində  intensiv  təbliğat  işini  özündə  əks  etdirən  fəal  iş  getmişdir.  Vəziyyəti  daha  da 

gərginləşdirən  amil  Ermənistanın  beynəlxalq  hüququn  bütün  norma  və  prinsiplərinə  zidd  olaraq 

ultimatum  verməsi  və  konfliktin  yalnız  iki  variantda  həllini  tələb  etməsi  olmuşdur.  Dağlıq  Qarabağın 

müstəqilliyi  və  ya  Ermənistana  birləşdirilməsi  variantlarının  irəli  sürülməsi  danışıqlar  prosesində 

böhranlı  vəziyyət  yaratmışdır.  Belə  şəraitdə  Azərbaycana  təzyiqlər  güclənmiş  və  Azərbaycan 

Respublikasının  ərazi  bütövlüyünü  və  suverenliyini  pozan  təkliflər  irəli  sürülmüşdür.  1999‐cu  ilin 

oktyabrında Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Zülfüqarov istefaya getmişdir. 

53



 

İstefadan  sonra  T.Zülfüqarov  fəal  ictimai‐siyasi  fəaliyyətini  davam  etdirmişdir.  Digər 

təşəbbüskarlarla  yanaşı  onun  tərəfindən  də  erməni‐azərbaycanlı  konfliktinin  nizamlanmasında 

Azərbaycanın  mövqeyini  əks  etdirən  prinsipləri  özündə  cəmləşdirən    «Ümummilli  xartiya»ya  dəstək 

olaraq  imzaların  toplanması  üzrə  ictimai  hərəkat  başlanmışdır.  Adı  çəkilən  xartiyanı  bütün  siyasi 

partiyalar,  ictimai  təşkilatlar,  həm  Azərbaycanda,  həm  də  xarici  ölkələrdə  azərbaycanlıları  birləşdirən 

təşkilatlar,  görkəmli  ictimai‐siyasi  xadimlər,  yaradıcı  ittifaqlar  dəstəkləmişlər.  «Ümummilli  xartiya» 

əslində  referenduma  çevrilmişdir.  Bu  da  Azərbaycan  xalqının  erməni‐azərbaycanlı  münaqişəsinin 

ədalətli şəkildə nizamlanmasına nail olmasında qətiyyətliyini nümayiş etdirmişdir. Xartiya Azərbaycan 

xalqının  heç  bir  zaman  dövlət  suverenliyini  və  ərazi  bütövlüyünü  pozan  modelləri  qəbul  etməyəcəyi 

istiqamətində xarici və vasitəçi dairələrə bir növ xəbərdarlıq rolunu oynamışdır. 

T.Zülfüqarov  Azərbaycanda  akkreditə  olunmuş  diplomatik  korpusun  nümayəndələri  və  ictimai‐

siyasi  xadimlərlə  görüşlərini  fərdi  qaydada  davam  etdirmişdir.  Şimali  Kipr  Türk  Respublikası 

rəhbərliyinin  dəvəti  ilə  bu  dost  ölkəni  ziyarət  edərək  prezident  Rauf  Denktaş  başda  olmaqla  bir  sıra 

şəxslərlə görüşmüşdür. Con Hopkins İnstitutunun dəvəti ilə Cənubi Qafqaz dövlətlərində cərəyan edən 

siyasi  proseslərlə  bağlı  Vaşinqtonda  keçirilmiş  beynəlxalq  konfransda  iştirak  etmişdir.  Dəfələrlə 

Ermənistan  və  Azərbaycanın  ictimai  xadimlərinin  Katerinq  amerikan  fondu  və  Rusiya  strateji 

tədqiqatlar  mərkəzi  tərəfindən  təşkil  olunan  görüşlərində  iştirak  etmişdir.  Müntəzəm  olaraq  yerli  və 

beynəlxalq  mətbuat  orqanlarında  erməni‐azərbaycanlı  münaqişəsi  və  Azərbaycan  ətrafında  baş  verən 

beynəlxalq proseslərlə bağlı müsahibələrlə çıxış etmişdir. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin