Bakı, 1999.
Vilayət Muxtar oğlu Quliyev
26 oktyabr 1999‐…
Azərbaycanın
tanınmış
ədəbiyyatşünas
alim‐tənqidçilərindən
və
diplomatlarından biri Vilayət Quliyevdir.
1952‐ci il noyabrın 5‐də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində
anadan olmuşdur. 1970‐ci ildə Beyləqan rayonundakı G.Əsədov adına orta
məktəbi əla qiymətlərlə bitrmişdir. 1970‐1975‐ci illərdə Bakı Dövlət
Universitetinin filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almışdır. Əmək
fəaliyyətinə 1975‐ci ildə Beyləqan rayon orta məktəbində müəllim kimi başlamışdır. 1978‐1981‐ci illərdə
Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1981‐1992‐ci
illərdə həmin institutda elmi işçi, şöbə müdiri, direktor müavini vəzifələrində işləmişdir. 1982‐ci ildə
elmlər namizədi, 1990‐cı ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır.
Ədəbiyyat tarixi və ictimai‐siyasi problemlərə dair bir sıra qiymətli əsərlərin müəllifidir. Dünya
şöhrətli azərbaycanlı şərqşünas Mirzə Məhəmməd Əli Kazım bəyə həsr edilmiş «Mirzə Kazımbəy» adlı
monoqrafiyanın (Bakı, Yazıçı, 1987) və ona yaxın başqa kitab və monoqrafiyanın, 300‐dək elmi‐
publisistik, tənqidi, görkəmli dövlət xadimi Ə.Topçubaşov haqqında məqalənin müəllifidir. Azərbaycan
televiziyasında elmi‐ədəbi proqramın aparıcısı olmuşdur. Xarici ölkələrdə kifayət qədər tanınmış
alimdir. Finlandiya, İsveç, Böyük Britaniya və ABŞ‐da elmi ezamiyyətdə olmuşdur. 1992‐1993‐cü illərdə
Türkiyə Respublikasında Atatürk Universitetinin professoru, 1994‐cü ildən Nizami adına Ədəbiyyat
İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1995‐2000‐ci illərdə Azərbaycan Respublikası Milli
Məclisinin deputatı olmuşdur.
1999‐cu ildə xarici işlər naziri təyin edilmişdir. 2000‐ci ildə ona Fövqəladə və Səlahiyyətli səfir
diplomatik rütbəsi verilmişdir.
V.Quliyev Azərbaycan Respublikasının xarici işlər naziri kimi diplomatik aləmdə Azərbaycanın
haqq işini müdafiə etmiş və onun demokratik prinsiplər əsasında inkişaf yolu ilə addımladığını,
sülhsevər siyasət yeritdiyini, Ermənistanın işğalçı dövlət olduğunu Avropa, Asiya, Amerikanın bir sıra
ölkələrinin hökumət nümayəndələri ilə görüş və danışıqlarda, beynəlxalq konfrans və iclaslarda bəyan
etmişdir.
O, Azərbaycan Respublikasının prezidenti H.Əliyevin 2003‐cü il fevralın 24‐28‐də ABŞ‐a rəsmi
səfəri zamanı Vaşinqtonda Ağ evdə Corc Buşla və b. dövlət nümayəndələri ilə keçirdiyi görüşlərdə,
apardığı danışıqlarda, “Şərq‐Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda, ABŞ və
Azərbaycan dövlətləri arasında bağlanmış sənədlərin hazırlanması və imzalanmasında yaxından iştirak
etmişdir.
2003‐cü il fevralın əvvəllərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Sülh və həmrəylik”
birinci beynəlxalq konfrans keçirilmişdir. Konfransda V.Quliyev başda olmaqla Azərbaycan nümayəndə
heyəti iştirak etmişdir. O, konfransda nitq söylərkən Orta Asiya və Cənubi Qafqaz regionu üçün mühüm
olan sülhə və sabitliyə, mədəni və dinlərarası dialoqa nail olmaqdan, Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: “Bu münaqişənin
əsasında ermənilərin iddia etdikləri kimi, dini və etnoslar arasındakı amillər durmur. Bu, Ermənistanın
Azərbaycana qarşı ərazi iddiasıdır və Azərbaycan münaqişənin dinc yolla, beynəlxalq hüququn norma
və prinsipi əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”.
2003‐cü il martın 25‐27‐də Bakıda Nüvə silahlarının hərtərəfli qadağan olunması üzrə müqavilə
təşkilatının Mərkəzi Asiya və Qafqazdan olan üzv ölkələr ilə beynəlxalq əməkdaşlığa dair seminar
keçirilmişdir. Seminarı salamlayan V.Quliyev demişdir ki, bu seminarın Bakıda keçirilməsi
Azərbaycanın kütləvi qırğın silahlarının istehsalı, yayılması və sınaqdan keçirilməsinin əleyhinə
olduğunu əyani sübut etmişdir. Bu tədbir nüvə sınağının qadağan edilməsi ilə bağlı regionda
əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir.
55
V.Quliyev xarici işlər naziri olaraq dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçıları ilə
görüşüb danışıqlar aparmışdır. Onun nazir işlədiyi müddətdə Azərbaycan Respublikası bir sıra
beynəlxalq konvensiyalara qoşulmuş və təşkilatlara üzv olmuşdur. Azərbaycan dövləti başqa ölkələrdə
səfirliklər açması işini davam etdirmişdir. V.Quliyevin rəhbərliyi altında Azərbaycan Respublikası
dövlətinin xarici siyasətinə dair iri həcmli kitablar hazırlanıb nəşr edilmişdir.
Dostları ilə paylaş: