- 132 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Bu siyahıda son
yerləri MDB ölkələri - Rusiya, Qazaxıstan, Tacikistan,
Qırğızıstan, Özbəkistan və Ukrayina tutur. İlk yerləri isə Avropanın
inkişaf
etmiş ölkələri İsveçrə, Danimarka, Norveç tutur. Azərbaycanın bu siyahıda
ilk yerlərdən birini tutmasının əsas səbəblərindən
biri Azərbaycanda sənaye
sektorunun əsas hissəsini sənayenin digər sahələrinə nisbətən çox da enerji
tutumlu olmayan neft sektorunun təşkil etməsidir. Məsələn Diaqram 4-də
verilmiş ümumi enerji səmərəliliyi göstəricisində
son yerlərdən birini tutan
karbohidrogen resurslarla zəngin Səudiyyə Ərəbistanının bu göstərici üzrə
Avropanın inkişaf etmiş ölkələri ilə təxminən bir səviyyədə olması bunu bir
daha sübut edir.
Azərbaycanda sənaye sektoru üzrə ümumi enerji
səmərəliliyi göstəricisi
əksər inkişaf etmiş ölkələrdən yaxşı olsa da, qeyri neft sektorunda daha
ətraflı araşdırma aparılmasına və ayrı-ayrı şirkətlərdə
enerji auditlərinin
keçirilməsinə ehtiyac var. Yalnız bu auditlərdən sonra şirkətlər enerji
səmərəliliyi barədə dəqiq məlumat əldə edə bilərlər.
Sənaye sektorunda enerji səmərəliliyinin artırılması şirkətlərin məhsulları
daha az xərclə istehsal etməsinə gətirib çıxaracaq
və nəticədə məhsullar bazar-
da daha çox rəqabətliliyə malik olacaq. Lakin özəl sektorda enerji səmərəliliyi
layihələrinin reallaşmasının qarşısında bir sıra maneələr dayanır. Bunlardan ən
önəmlisi bu tip layihələrin böyük həcmdə investisiya
tələb etməsi və investi-
siyanın özünü gec ödəməsidir. Digər bir maneə isə şirkət rəhbərlərinin bəzən
enerjiyə qənaətlə bağlı doğru təsəvvürlərinin olmamasıdır.
Dostları ilə paylaş: