|
- Bəs bu günkü tələbələrin səviyyəsi
- Bəs bu günkü tələbələrin səviyyəsi
sizi qane edirmi?
Əlbəttə.
Bizdə bilikli, bacarıqlı və qabiliyyətli
tələbələr kifayət qədərdir. Onlarla söhbət
etdikcə həvəslənir və qürur hissi keçirirsən.
Mən tələbə və yetirmələrimi çox sevir, on-
ları çox istəyirəm. Onlardan biri kimi tibb
elmləri doktoru, professor Akif Qurbanovun
və digərlərinin adlarını çəkə bilərəm.
Təvazökarlıqdan uzaq olsa da, qeyd edim
ki, rəhbərliyim altında müdafiə edənlərin 5
nəfəri hazırda Rusiya Elmlər Akademiya-
sının həqiqi üzvüdür. Bu gün kafedramızın
işçilərinin universitetin ictimai həyatında
aparıcı qüvvəyə çevrilməsi sevindirici haldır.
Belə ki, hazırladğım kadrlar universitetin ic-
timai işlərində və idarə olunmasında iştirak
edirlər. Bundan yaxşı hal nə ola bilər?
Bir il olar ki, universitetdə, o cümlədən
də bizim kafedramızda peşə bacarıqlarının
tədrisinə başlanmışdır. Əvvəlcə biz nəzəri
hissəyə daha çox üstünlük verir, elə nəzəri
bilikləri dəyərləndirməklə də işimizi bitmiş he-
sab edirdik. Axırda məlum olurdu ki, diplomlu
həkim nəzəri cəhətdən məlumatlı və hazır olsa
da, bacarıq sahəsində hazırlığı kifayət qədər
deyil. Məsələnin bu tərəfəni nəzərə alaraq və
eyni zamanda Avropa ölkələrindən nümunə
götürərək universitetimizdə bacarıqların
tədrisi və qiymətləndirilməsinə başlanıldı. Bi-
zim də istəyimiz odur ki, universitetdə tədrisin
keyfiyyətinin yüksəldilməsində, burada apa-
rılan elmi araşdırmaların dərinləşdirilməsi
və genişləndirilməsi istiqamətində əlimizdən
gələni edək.
Dostları ilə paylaş: |
|
|