hesabına yarannmışdır? Təbii ki neftin. Hədəf isə bu 21,8 mlrd ABŞ
dolları miqdarında ixrac məhsullarını ölkəmizdə istehsal olunan
rəqabət qabiliyyətli qeyri-neft məhsulları hesabına etmək olmalıdır.
Amma bu istiqamətdə göstərilmiş fəaliyyət qənaətbəxş sayıla bilməz.
İdxal olunan 9,2 milyardlıq məhsulların isə əksəriyyəti ölkəmizdə
istehsal olunan və ya oluna bilən məhsullardır. Ən qəbulolunmazı isə
odur ki, idxal məhsullarının bir çoxuna gömrükdə müvafiq avtonom
tariflər tətbiq olunmadığından yerli istehsal məhsulları xaricdən
gətirilən eyni adlı məhsullarla rəqabətə tablaşmır, süni şəkildə
sıxışdırılır və bu məhsulların istehsalına maraq azalır. Bu isə ərzaq
təhlükəsizliyi baxımından
və tələbatın yerli istehsal hesabına
ödənməsi baxımından neqativ haldır. Həm də iş yerlərinin azalmasına
aparan haldır.
Dostları ilə paylaş: