- Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini
tapmalıdır. İşğal altında olan ərazilərimizin azad olunması
istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət
prioriteti olmalıdır. Azərbaycanı neft gəlirlərindən asılı olmayan ölkəyə
çevirmək, neftdən gələn gəlirləri əlavə qazanc kimi nəzərdə tutmaqla,
sanki neft yoxmuş kimi digər resurslar, imkanlar səfərbər olunmaqla
büdcənin formalaşdırılması yolu düşünülməlidir. Neft gəlirləri yalnız
qarşıdakı dövrdə ya işğal olunmuş torpaqlarımızın azad olunması üçün
savaşa, ya da dinc yolla torpaqlarımızın azad olunmasına nail
olunarsa, dağıdılmış ərazilərimizin bərpası üçün saxlanılmalıdır.
Dostları ilə paylaş: