Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər edən Avropa
parlamentariləri ilə bağlı təklif
- Avropa parlamentarilərinin Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinə Azərbaycanın icazəsini almadan Ermənistan üzərindən və
birbaşa səfər etməsi mütləq qınanmaqla yanaşı həm də adekvat
cavablandırılmalıdır. Bu ölkələrin vətəndaşı olduğu ölkələrlə
münasibətlərə yenidən baxılmalıdır.
***
Ölkəmizin əleyhinə aparılan kompaniyalara sərt reaksiyaların
verilməsi təklifi
- Azərbaycan hökuməti ölkəmizin əleyhinə aparılan kompaniya
məsələlərində dərhal adekvat addım atmalı, bu ölkələrlə olan iqtisadi
münasibətlərdə, ölkəmizin suveren hüquq və ərazi bütövlüyünə olan
münasibət kriteriya kimi götürülməlidir.
***
Avropa ilə münasibətlərin pozulmasına münasibət
- Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa
ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam
etdirəcək. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə Qərblə
münasibətini dəyişməyəcək. Azərbaycanın dövlət siyasəti bütün Qərb
dövlətləri ilə əlaqələrini inkişafını özündə ehtiva edir. Biz keçən il
Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Bizim
bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik.
***
27
|