(Hələlik həyata keçirilməyib)
***
Avronest PA-nın Ermənistandakı iclasıyla bağlı Avropa
Parlamentinə etiraz məktubu göndərməsi təklifi
- 2012-ci il 20-26 fevral tarixlərində Avronest PA-nın Sosial,
Mədəniyyət və Təhsil Komitəsinin ilk iclası keçiriləcəkdir. Bu iclas
Ermənistanın paytaxtı Yerevanda olacaqdır. Avropa Parlamenti artıq
tədbirin proqram layihəsini hazırlamışdır. Avronest PA-nın Sosial,
Mədəniyyət və Təhsil Komitəsinin Azərbaycan nümayəndə heyyətinin
üzvü kimi proqramla tanış oldum.
1) Həmin proqrama uydurma erməni soyqırımı qurbanları
abidəsinin və muzeyinin ziyarət olunması bəndi salınıbdır.
2) Proqram Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil
Komitəsinin məqsəd və vəzifələrinə deyil, tamamilə Ermənistana həsr
olunubdur.
Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə bu
iki ciddi məsələ ilə əlaqədar etiraz məktubu göndərməsini təklif edirəm.
Dostları ilə paylaş: |