(Hələlik həyata keçirilməyib)
***
Türkmənçay müqaviləsinin qüvvəsini itirdiyini tanımaqla
bağlı təklif
- Biz Türkmənçay müqaviləsinin qüvvəsini itirdiyini tanımaqla,
bunun hüquqi nəticələri kimi həm də bu müqaviləyə görə Çar
Rusiyasına verilmiş İrəvan xanlığının məsələsini və “böyuk qayıdışı”
gündəmə gətirmiş olarıq.
(Hələlik həyata keçirilməyib)
***
Təhlükəsizliklə bağlı təkliflər:
Naxçıvan Muxtar respublikasının ərzaq təhlükəsizliyi ilə bağlı
təklif
- Naxçıvan istehlak mallarının bir qismini İrandan alır və artıq
İranda yaranan durum həm Naxçıvana gətirilən istehlak mallarının
miqdarına, həm də qiymətlərinə əhəmiyyətli təsir edib. Naxçıvanda bir
neçə meyvə-tərəvəz emalı zavodunun, soyuducu anbarların təcili
tikilməsi labüddür. Əvvəla İranla bağlı hər hansı fors-major vəziyyətdə
oradan istehlak məhsulları alınmaya bilər, qıtlıq yaranar.
ikinci - Naxçıvan aqrar bölgədir insanlar məhsulunu sata bilmirsə,
onun istehsalında sözsüz ki, maraqlı olmayacaq. Belə olanda yaşayış
səviyyəsi aşağı düşəcək. Yaşayış səviyyəsi aşağı olarsa, iş qabiliyətli
23
əhali köçmək məcburiyyətində qalar. Emal zavodları tikilərsə, həm iş
yerləri açılar, həm məhsul istehsalına maraq olar, kənd təsərrüfatı
inkişaf edər, bölgənin ərzaq təhlükəsizliyi təmin olunar və istehlak
malları üçün valyutamiz kənara axmaz.
Dostları ilə paylaş: |