(Qismən həyata keçirilib)
***
Xarici siyasətlə bağlı verilmiş təkliflər:
BMT-nin qətnamələrinin icrası tələbi və ATƏT-in Minsk
Qrupunun informativ yardımçı rolda, AB-nin əsas rolda olma
imkanlarının yaradılmasıyla bağlı təklif
- Fransa və onun kimi Azərbaycana dost olmayan ölkələrin qərəzli
mövqeyi nə birinci haldır, nə də axırıncı olacaq. Ona görə də problemə
köklü yanaşmaq üçün aşağıdakı məsələlərin də müzakirəyə
çıxarılmasını təklif edirəm:
Milli Məclis BMT-yə öz tərəfindən qəbul etdiyi 822,853, 874,884
saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət etsin;
Azərbaycan Respublikası, BMT TŞ-nın qeyri-daimi üzvü
hüququndan da istifadə edərək, bu qurumun Ermənistan-Azərbaycan
münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə
yetirilməsini Ermənistan respublikasından tələb etməsini gündəmə
gətirsin;
Milli Məclisdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı dinləməsi keçirilsin;
MM Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilərin
fəaliyyəti ilə ilə bağlı xüsusi komissiya yaratsın;
Komissiya Qarabağ münaqişənin həlli üçün aparılan
danışıqların gedişində yaranmış vəziyyətin, bütövlükdə Minsk
qrupunun və ayrı-ayrılıqda vasitəçi dövlətlərin fəaliyyətinin nəticələrini
araşdıraraq, Minsk Qrupunun nəticəsiz fəaliyyətinə Milli Məclisin
obyektiv qiymət verməsi üçün rəy hazırlasın;
Komissiya danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun
informativ yardımçı rolda, AB-nin əsas rolda olma imkanlarını
24
araşdırsın;
Komissiya AB-nin yeni vasitəçilik formatında təmsilçilik,
aparılacaq danışıqlarda iştirak imkanını, eyni zamanda əldə olunacaq
razılaşmaların beynəlxalq təminatçısı kimi iştirak imkanını
müəyyənləşdirsin;
Komisiya bu məqsədlə, AB ilə münaqişənin həlli üçün aktiv
siyasi dialoq prosesinin başladılması prosedurunu hazırlasın.
Dostları ilə paylaş: |