(Hələlik həyata keçirilməyib)
***
Qarabağla bağlı verilmiş təkliflər:
Qarabağla bağlı Milli Məclisin komisiyasının yaradılması
təklifi
- Payız sesiyasında mütləq Dağlıq Qarabağla bağlı dinləmələr
keçirməliyik. Bu məsələni mən keçən payız sesiyasında da qaldırdım.
Həm də Qarabağla bağlı Milli Məclisin komisiyasının yaradılmasını da
təklif etdim. Bu məsələlər mütləq bu sesiyada müzakirə mövzusu
olmalıdır.
(Hələlik həyata keçirilməyib)
***
Qarabağ Büdcəsinin yaradılması təklifi
- Biz öz iradəmizdən asılı olmayaraq müharibə vəziyyətindəyik.
Bu ilki büdcəmiz (2014-cü il) Qarabağ Büdcəsi, bu il Qarabağ ili elan
olunsaydı bu daha məntiqli olardı. Bütün sahələrdən vəsaitlərin kəsilib
Qarabağ məqsədli təyinata verilməsini bütün xalq sevə-sevə qarşılardı.
Bir il hər kəs bütün məhdudiyyətləri qəbul edər, qələbədən sonra azad
edilmiş 20% torpaqların yeraltı və yerüstü sərvətləri ilə xalqdan
kəsilmiş vəsait artıqlaması ilə xalqa qaytarılar və bundan sonrakı bütün
illərdə, artıq büdcəmiz indikindən 20% artıq formalaşdırılar, həm də bu
qeyri neft sektoru hesabına olardı. Nəhayət işğala son deyilməlidir.
29
|