(Hələlik həyata keçirilməyib)
***
Müharibə büdcəsinin formalaşması ilə bağlı növbəti təklif
- Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini
tapmalıdır. İşğal altında olan ərazilərimizin azad olunması
istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət
prioriteti olmalıdır. Biz problemi həll etmək üçün problemin üzərinə
getməliyik, onu daha sonraya saxlamaqla heç nəyə nail olmaq
mümkün deyil.
(Hələlik həyata keçirilməyib)
***
Parlamentdə Qarabağ dinləmələri təklifi
- Biz-Azərbaycan Parlamentinin üzvləri 17-yə qədər Avropa
ölkəsində Qarabağ dinləmələri keçirtdik, amma çox təəssüfki
Azərbaycan Parlamentinin özündə bu istiqamətdə dinləmələr yoxdur.
Mən düşünürəm ki, bunu sadəcə olaraq təkcə hesabat almaq kimi yox,
sadəcə olaraq Qarabağ problemi ilə bağlı məsələlər koordinasiya
olunsun kimi qəbul etməliyik. Və bunun vacibliyi var ortada. Çünki,
Avropa Şurasında, başqa Avropa təsisatlatında bizim nümayəndə
heyətinin üzvləri iştirak etdiyində çox vaxt özlərinin bədahətən
ağıllarına gələn bir fikir ilə çıxış etmək məcburiyyətində qalırlar.
Dostları ilə paylaş: |