http://www.amu.edu.az
15 iyun 2014-ъц ил
6
K
itabxana informasi-
ya sistemi müasir
dövrdə layiqincə
inkişaf etmiş və
etməkdədir. Artıq xey-
li vaxtdır ki, respubli-
kamızın əksəriyyət ali
təhsil müəssisələrinin
kitabxanalarında
avtomatlaşdırma–
elektronlaşdırma
işləri müvəffəqiyyətlə
həyata keçirilir.
Bu günlərdə Azərbaycan Memarlıq
və İnşaat Universitetinin Kitabxanasın-
da elektron kitabxananın təqdimatına
dəvət olunmağımız da buna sübutdur.
Təqdimatda çıxış edən kitabxana
işçilərinin verdiyi məlumata əsasən
elektron kitabxananın fonduna 3000
kitab və universitetin professorlarının
məqalələri salınmışdı.
Bundan başqa respublikamızın
şəhər və rayon Mərkəzi Kitabxanaları
üçün metodik mərkəz olan C.Cabbarlı
adına Gənclər Kitabxanasında “Ki-
tabxana informasiya şəbəkəsinin
müasirləşdirilməsi” və “Kitabxana
internet resurslarından istifadənin
təkmilləşdirilməsi, kitabxanaların web
saytlarının elektron kitabxana və elekt-
ron kataloqların, Hüququ İnformasiya
Mərkəzinin işinin tənzimlənməsi”
mövzusunda treninqlərdə iştirak
etməyimiz də kitabxanamızda mühüm
irəliləyişlər olacağına ümid verir.
Azərbaycan Tibb Universitetinin
Əsaslı Kitabxanasında da hazırda
elektron kitabxana üçün kifayət qədər
material - mənbələr var. Kitabxanada
fondun İRBİS -64 proqramı vasitəsi
ilə elektron kataloquna salınması
işinə 2010-cu ildən başlanmış, bu gün
də iş uğurla davam etdirilir. İndiyə
kimi elektron kataloquna 15.216 kitab
salınmışdır. İnternet vasitəsi ilə hər
bir oxucu dünyanın istənilən yerindən
Əsaslı Kitabxananın fondu ilə tanış ol-
maq, o cümlədən istənilən ədəbiyyatın
axtarışını, hətta elektron kitabxana
olduqda lazımi ədəbiyyatı əldə etmək
imkanından istifadə edəcək.
Hazırda kitabxana üçün vacib olan
məsələlərdən biri də elektron kitab-
xananın yaradılmasıdı. Bu işlə bağlı
Universitet rəhbərliyinin qayğısı daim
diqqət mərkəzindədir. Ümid edirik ki,
bu yaxınlarda elektron kitabxana üçün
iri həcmli skaynerin alınması məsələsi
də həll olunacəq.
Elektron kitabxananın yaradılma-
sında Universitet əməkdaşlarının
yazdıqları dərslik, dərs vəsaitləri və
monoqrafiyaların elektron variantı-
nın kitabxanaya verilməsinin də çox
mühüm əhəmiyyəti var. Ona görə
professor-müəllim heyətindən xahış
edərdik ki, öz kitablarının elektron
variantını Əsaslı Kitabxanaya təqdim
etsinlər. Bu işin xeyli dərəcədə
yüngülləşməsinə köməklik edər,
həm də oxucularımızın: professor –
müəllim heyətinin, tələbələrin, elmi işə
cəlb olunmaq istəyən gənc həkimlərin
elmə doğru gedən yolunu asanlaşdırar.
Bəli, Əsaslı Kitabxanada elekt-
ron kitabxananın yaradılması el-
mi-tibbi ədəbiyyatın istifasdəsinin
müasirləşməsinə mühüm bir töhfə
olacaq. Tibbi cəmiyyətin informasiya-
laşdırılması prosesinin aktivləşməsinə
xidmət edəcək. Bununla da hər bir
oxucu lazım olan ədəbiyyatın vaxt
itirmədən əldə edilməsinə nail olacaq.
Dostları ilə paylaş: