Tələbələrin imtahan sınağı uğurla davam edir



Yüklə 12,61 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix02.01.2022
ölçüsü12,61 Mb.
#1590
1   ...   22   23   24   25   26   27   28   29   30
Beyinin fəaliyyətini 

yaxşılaşdıran qidalar

Fransa alimləri insanın 

daxili orqanlarını göstərən 

güzgü ixtira etmişlər

Şokolad insanın 

emosional əhvalını 

dəyişmir

Fransanın  in-

ternet portalında 

“ E u ronews”u n 

fransız  dilində-

ki 

variantına 

istinadla  Azər-

baycanda  insan-

lara  şəfa  verən 

Naftalan 

nefti 

və Abşerondakı palçıq vulkanlarından bəhs 

edən məqalə yerləşdirilmişdir.

 

Azərbaycanın  yeraltı  sərvətlərlə  zənginliyindən 

söhbət açılan məqalədə onların sırasında neftdən 

yalnız yanacaq kimi deyil, eyni zamanda, insanla-

rın sağlamlığı məqsədilə istifadə edildiyi, Naftalan 

neftinin, Qobustan rayonu ərazisindəki palçıq vul-

kanlarının möcüzəli xüsusiyyətləri diqqətə çatdırıl-

mışdır.


Məqalədə qədim İpək Yolu üzərində yerləşən bu 

sağlamlıq ocağı ilə bağlı rəvayət xatırlanmış, Nafta-

lan neftinin yanmamaq kimi nadir xüsusiyyətindən 

bəhs  olunmuş,  bir  çox  xəstəliklərin  müalicəsi 

məqsədilə  neft  vannalarından  istifadə  edildiyi 

diqqətə çatdırılmışdır. Həmçinin tərkibində parafin 

olmayan və benzin funksiyasını yerinə yetirməyən 

Naftalan  neftinin  qan  dövranının  yaxşılaşdırılma-

sında, dəri, yel və digər xəstəliklərin müalicəsində 

əvəzsiz  rolu  vurğulanmış,  dünyanın  müxtəlif 

guşələrindən, xüsusilə Rusiya və Ukraynadan ağır 

xəstələrin burada şəfa tapmaları bildirilmişdir.

Neftlə müalicə aparan ilk klinikanın 1929-cu ildə 

açıldığı, sovet hakimiyyəti illərində çox populyar ol-

duğu da diqqətə çatdırılmışdır.

Yazıda Azərbaycanda insanların sağlamlığı üçün 

palçıq vulkanlarından da geniş istifadə edildiyi bil-

dirilmişdir.  Dünyada  bu  tip  vulkanların  ölkəmizdə 

daha çox olduğu, müxtəlif adda 300 formada belə 

vulkanın  mövcudluğu,  onların  arasında  ən  əsas 

və  mühüm  müalicəvi  əhəmiyyətə  malik  Qobustan 

ərazisindəki Daşgil vulkanının adı vurğulanmışdır.

Məqalədə  palçıq  vulkanının  müalicə  əhəmiyyətli 

müxtəlif  elementlərlə  zənginliyi,  ondan  tibb 

sahəsində,  kosmetik  məqsədlərlə  geniş  istifadə 

olunduğu,  xəstələrin  ilboyu  palçıq  vannası  qəbul 

etmək imkanları diqqətə çatdırılmışdır.

Məqalədə  “Gazelli”  firması  tərəfindən  palçıqdan 

hazırlanan kosmetik məhsulların geniş yayıldığı və 

ondan daha çox dərinin cavan qalmasında istifadə 

olunduğu, palçıq vulkanlarını təkcə xəstələrin deyil, 

Azərbaycana  gələn  turistlərin  də  ziyarət  etdikləri 

bildirilmiş,  mütəxəssislərin  palçıq  vulkanlarının 

xüsusiyyəti barədə fikirlərinə yer verilmişdir.



Məqalənin tam mətni ilə aşağıdakı linkə daxil olmaqla 

oxumaq mümkündür:

video.planet.fr/a-la-une-petrole-boue-de-volcan-

lazerbaidjan-veut-faire-de-bien.638187.12214.html

Fransanın internet 

portalında 

Naftalan neftinin 

və Abşerondakı 

palçıq vulkanlarının 

möcüzəsindən 

bəhs edən məqalə 

yerləşdirilmişdir

Yüklə 12,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin