Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 157
Araşdırmalar sübut edir ki, bəzi qidaların daim
qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaş-
dırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini
yaxşılaşdırır.
Umumillikdə bu qidaların qəbulu beyini sağlam
vəziyyətdə saxlamağa kömək edir.
Beləliklə, bizim beynimiz bu məhsulları “xoşlayır”:
- Balıq və digər dəniz məhsulları (krevet, istridiyə
və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların
tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular
beyinin fəaliyyəti üçün “hava kimi” lazımdır.
- Giləmeyvələrin bir çox hissəsi “antioksidant” ad-
landırılan maddələrlə zəngindir. Bu maddələr sərbəst
radikallarla mübarizə aparır. Sərbəst radikallar insan
orqanizminin hüceyrələrini zədələyən atomlar top-
lusudur. Həkimlər məhz onları xərçəngin inkişafın-
da, ürək-damar sistemi xəstəliklərində, qocalıq ağıl
zəifliyində “günahlandırır”.
- Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların
arasında beyin üçün ən faydalı olan qozdur.
Qoz-fındıq dedikdə biz həmçinin araxis, keşyu, ba-
dam və s. nəzərdə tuturuq. Onlar da omeqa 3 və
omeqa 6 yağlı turşularla zəngindir. Bundan əlavə
onlar B
6
və E vitaminlərinin zəngin mənbəyidir. Qoz-
fındıq beyinin fəaliyyətini yaxşılaşdırır, insanın əhval-
ruhiyyəsini qaldırır, depressiyadan çıxmağa kömək
edir. Bu səbəbdən həkimlər əqli fəaliyyəti ilə məşğul
olanlara, məktəbdə oxuyan uşaqlara və tələbələrə bu
məhsulları hər gün qəbul etməyini tövsiyə edirlər (gün
ərzində bir ovuc qoz-fındıq kifayətdir).
- Günabaxan, kətan, küncüt, balqabaq tumları yad-
daşı möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.
- Müxtəlif dənli bitkilər fol turşusu və B qrupu
vitaminləri ilə zəngindir ki, insanın yaddaşını və
umumillikdə insanın zehnini yaxşılaşdırır. Dənli
bitkilərin arasında beyin üçün ən xeyirli olanlar bun-
lardır - yulaf yarması, arpa yarması, qəhvəyi düyü və
s.
- Tünd şokolad beyinin əsas “dostlardan” biri sayılır.
Bu növ şokolad antioksidantlarla zəngindir. Şokolad
insanın diqqətini va yaddaşını yaxşılaşdırır, beyini
qan təchizatına müsbət təsir edir.
- Yumurta zülal və A, D, E, B qrupu vitaminlərlə,
lesitinlə zəngindir. Bu maddələr beyində yaşla əlaqəli
olan dəyişikliklərlə mübarizə aparır.
- İspanaq, kahı, brokkoli kələmi, avokado, sarımsaq,
kök, pomidor, üzüm da beyinin funksiyalarına çox
müsbət təsir edir.
- Ekzotik karri ədviyyatı antioksidantlarla zəngindir
ki, beyinin qocalması ilə mübarizə aparır.
- Qəhvə də beyinin fəaliyyətini yaxşılaşdırır və sti-
mullaşdırır. Qəhvənın gündəlik qəbulu (təbii ki, az
miqdarlarda - 1-2 fincan gün ərzində) Alsqeymer
xəstəliyi kimi ağır xəstəliyin profilaktikasıdır. Alsqey-
mer xəstəliyi adətən yaşlı insanlarda inkişaf edir. Bu
xəstəlik zamanı beyinin hüceyrələri kütləvi şəkildə
məhv olur ki, nəticədə ağıl zəifliyi inkişaf edir.
- Yaşıl çay xüsusi maddələr “katexinlər” (beyini
tonuslaşdırır) və antioksidantlarla zəngindir. Gün
ərzində 2-3 yaşıl çay fincanı qəbul edə bilərsiniz.
Dostları ilə paylaş: |