Beyinin fəaliyyətini
yaxşılaşdıran qidalar
Fransa alimləri insanın
daxili orqanlarını göstərən
güzgü ixtira etmişlər
Şokolad insanın
emosional əhvalını
dəyişmir
Fransanın in-
ternet portalında
“ E u ronews”u n
fransız dilində-
ki
variantına
istinadla Azər-
baycanda insan-
lara şəfa verən
Naftalan
nefti
və Abşerondakı palçıq vulkanlarından bəhs
edən məqalə yerləşdirilmişdir.
Azərbaycanın yeraltı sərvətlərlə zənginliyindən
söhbət açılan məqalədə onların sırasında neftdən
yalnız yanacaq kimi deyil, eyni zamanda, insanla-
rın sağlamlığı məqsədilə istifadə edildiyi, Naftalan
neftinin, Qobustan rayonu ərazisindəki palçıq vul-
kanlarının möcüzəli xüsusiyyətləri diqqətə çatdırıl-
mışdır.
Məqalədə qədim İpək Yolu üzərində yerləşən bu
sağlamlıq ocağı ilə bağlı rəvayət xatırlanmış, Nafta-
lan neftinin yanmamaq kimi nadir xüsusiyyətindən
bəhs olunmuş, bir çox xəstəliklərin müalicəsi
məqsədilə neft vannalarından istifadə edildiyi
diqqətə çatdırılmışdır. Həmçinin tərkibində parafin
olmayan və benzin funksiyasını yerinə yetirməyən
Naftalan neftinin qan dövranının yaxşılaşdırılma-
sında, dəri, yel və digər xəstəliklərin müalicəsində
əvəzsiz rolu vurğulanmış, dünyanın müxtəlif
guşələrindən, xüsusilə Rusiya və Ukraynadan ağır
xəstələrin burada şəfa tapmaları bildirilmişdir.
Neftlə müalicə aparan ilk klinikanın 1929-cu ildə
açıldığı, sovet hakimiyyəti illərində çox populyar ol-
duğu da diqqətə çatdırılmışdır.
Yazıda Azərbaycanda insanların sağlamlığı üçün
palçıq vulkanlarından da geniş istifadə edildiyi bil-
dirilmişdir. Dünyada bu tip vulkanların ölkəmizdə
daha çox olduğu, müxtəlif adda 300 formada belə
vulkanın mövcudluğu, onların arasında ən əsas
və mühüm müalicəvi əhəmiyyətə malik Qobustan
ərazisindəki Daşgil vulkanının adı vurğulanmışdır.
Məqalədə palçıq vulkanının müalicə əhəmiyyətli
müxtəlif elementlərlə zənginliyi, ondan tibb
sahəsində, kosmetik məqsədlərlə geniş istifadə
olunduğu, xəstələrin ilboyu palçıq vannası qəbul
etmək imkanları diqqətə çatdırılmışdır.
Məqalədə “Gazelli” firması tərəfindən palçıqdan
hazırlanan kosmetik məhsulların geniş yayıldığı və
ondan daha çox dərinin cavan qalmasında istifadə
olunduğu, palçıq vulkanlarını təkcə xəstələrin deyil,
Azərbaycana gələn turistlərin də ziyarət etdikləri
bildirilmiş, mütəxəssislərin palçıq vulkanlarının
xüsusiyyəti barədə fikirlərinə yer verilmişdir.
Məqalənin tam mətni ilə aşağıdakı linkə daxil olmaqla
oxumaq mümkündür:
video.planet.fr/a-la-une-petrole-boue-de-volcan-
lazerbaidjan-veut-faire-de-bien.638187.12214.html
Fransanın internet
portalında
Naftalan neftinin
və Abşerondakı
palçıq vulkanlarının
möcüzəsindən
bəhs edən məqalə
yerləşdirilmişdir