Tələbələrin imtahan sınağı uğurla davam edir


MƏNSUR Bakıda üçüncü “Azərbaycan Plastik



Yüklə 12,61 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix02.01.2022
ölçüsü12,61 Mb.
#1590
1   ...   22   23   24   25   26   27   28   29   30
MƏNSUR

Bakıda üçüncü “Azərbaycan Plastik 

Cərrahiyyə Günləri və İSAPS kursu” 

beynəlxalq konfransı keçirilib


15 iyun   2014-ъц ил

http://www.amu.edu.az

7

İ

yunun  14-də  Bakıdakı  “Hilton”  mehmanxanasında 

Azərbaycan  gənc  qan  donorlarının  birinci  forumu 

keçirilmişdir. 

14  İyun  -  Ümumdünya  Qan  Donoru  Günü  münasibətilə  keçirilən 

forum  Səhiyyə  Nazirliyi  İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzinin  (İSİM), 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Qan Donorları Assosiasiyasının, 

Gənclər üçün Təhsil Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları 

İttifaqının (ATGTİ) birgə əməkdaşlığı çərçivəsində baş tutmuşdur. Forumun 

məqsədi  Azərbaycanda  könüllü  və  təmənnasız  qan  donorluğunun 

inkişafına dəstək verməkdir.

Dövlət  və  hökumət  rəsmilərinin,  QHT  nümayəndələrinin  və  qan 

donorlarının  iştirak  etdikləri  forumda  Azərbaycan  Respublikasının 

dövlət  himni  səsləndirilmiş,  qan  donorluğu  ilə  bağlı  videoçarx  nümayiş 

olunmuşdur.

Sonra  İSİM-in  layihələrin  əlaqələndirilməsi  şöbəsinin  müdiri  Səbinə 

Babazadə çıxış edərək demişdir ki, 2005-ci ilin mayında Dünya Səhiyyə 

Təşkilatının  Assambleyasında  könüllü  qan  donorluğunu  dəstəkləyən 

bəyanat qəbul edilmişdir. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya 

Qan  Donoru  Günü  kimi  keçirilməsi  qərara  alınmışdır.  Bu  əlamətdar 

günün  qeyd  edilməsinin  məqsədi  bir  daha  könüllü  qan  donorlarına 

hörmət  və  ehtiram  nümayiş  etdirmək,  cəmiyyətdə  donor  qanına  olan 

ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. 

Bildirilmişdir ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac 

artmaqdadır.  Təcrübə  göstərir  ki,  ən  təhlükəsiz  qan  məhz  könüllü  və 

təmənnasız  donorların  qanıdır.  Təhlükəsiz  qan,  onun  komponentləri  və 

preparatları  hər  il  hamiləlik  və  doğuş  zamanı  ağırlaşması  olan  anaları, 

körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir.

Qeyd edilmişdir ki, 2004-cü ildən etibarən 14 İyun - Ümumdünya Donor 

Günü  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  təntənəli  surətdə 

qeyd  olunur.  Həmin  gün  qan  verən  şəxslərə  xeyirxah  addımlarına  görə 

xüsusi minnətdarlıq bildirilir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü 

və təmənnasız qan donorlarının sayının artırılması sahəsində fəaliyyətini 

davam etdirməkdədir.

Diqqətə  çatdırılmışdır  ki,  Səhiyyə  Nazirliyinin  “2011-2015-ci  illər  üçün 

qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair 

Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin 

şəbəkəsinin  optimallaşdırılması  və  fəaliyyətinin  təkmilləşdirilməsi” 

barədə əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilmişdir. Lakin 

donorluğun  inkişafı  üçün  tək  Səhiyyə  Nazirliyi  deyil,  digər  qurumlar, 

tanınmış  insanlar  və  kütləvi  informasiya  vasitələri  də  öz  töhfələrini 

verməlidirlər.

Forumda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar 

Əsgərzadə,  Bahadur  Eyvazov  adına  Elmi  Tədqiqat  Hematologiya  və 

Transfuziologiya  İnstitutu  Mərkəzi  Qan  Bankının  baş  həkimi  Pərvanə 

Hacıyeva, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Gənclər 

üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənov, ATGTİ-nin sədri Şahin 

İsmayılov və Marneuli Gənclər Mərkəzinin nümayəndəsi Emin Əhmədov 

çıxış  edərək  ilk  dəfə  keçirilən  forumun  Azərbaycanda  könüllü  və 

təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini vurğulamışlar.

Forumun  işinə  uğurlar  arzulayan  Azərbaycan  Respublikası  Prezidenti 

Administrasiyasının  ictimai-siyasi  məsələlər  şöbəsinin  tərkibində 

yaradılmış gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev belə bir 

tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək baxımından əhəmiyyətini 

vurğulamışdır. Bildirmişdir ki, gənclər təşkilatları qan donorluğunun inkişafı 

istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.

Qan donorluğunun inkişafına töhfələr vermiş təşkilatlara, eləcə də könüllü 

donorlara diplomlar təqdim edildikdən sonra forumda gələcək fəaliyyətlər 

müzakirə edilmiş və tövsiyələr hazırlanmışdır.



 

Müzəffər 

Ələkbərov 

1928-ci  il  iyunun  23-də 

Goranboy  rayonunun  Qı-

zılhacılı  kəndində  ziyalı 

ailəsində  anadan  olmuş-

dur. O, 1951-ci ildə ADTİ-

un 

müalcə-profilaktika 



fakültəsinin  V  kursunu 

başa  vurub  təhsilini  Xar-

kov Tibb İnstitutunun hərbi 

tibb  fakültəsində  davam 

etdirib. 1955-ci ildə həmin 

fakültəni fərqlənmə diplo-

mu  ilə  bitirərək  Orta  Asi-

ya  hərbi  dairəsində  hərbi 

həkim kimi fəaliyyətə baş-

lamışdır.

1960-cı  ildə  Leninqrad 

Hərbi  Tibb  Akademiyası-

nın  komanda  fakültəsinə 

daxil  olmuş  və  1964-

cü  ildə  həmin  fakültəni 

fərqlənmə  diplomu  ilə  bi-

tirmişdir. Belorusiya hərbi 

dairəsində tank qoşunları 

diviziyasında  tibb  xidməti 

rəisi vəzifəsinə təyin olun-

muşdur.

1969-cu 


ildə 

Azər-


baycan  Dövlət  Tibb  İnsti-

tutunun  hərbi  kafedrasın-

da  baş  müəllim  və  tədris 

hissə  müdiri  vəzifəsinə 

təyin  olunmuşdur.  Uni-

versitetin  xalq  nəzarəti 

komitəsinin sədri və parti-

ya komitə katibinin müavi-

ni  vəzifəsində  işləyərkən 

öz 


təşəbbuskarlığını 

və  işgüzar  qabiliyyətini 

gös  tərmişdir. 

Universi-

tet  rəhbərliyi  tərəfindən 

Müzəffər 

müəllimin 

fəaliy yəti  dəfələrlə  fəxri 

fərmana layiq görülüb.

1982-ci 


ildə 

SSRİ 


Təhsil  Nazirliyinin  “Təhsil 

əlaçısı” adlı döş nişanı ilə 

təltif olunub.

Müzəffər 

Ələkbərov 

ölkəmizdə ali təhsilli hərbi 

həkim lərin 

hazırlanma-

sındakı xidmətlərinə görə 

Azərbaycan  Respublika-

sının  “Əməkdar  həkim”i 

fəxri adını alıb. 

O,  bir  qarış  torpaq 

verməyən  Goranboy  ra-

yonunun  erməni  daş-

naklarından  azad  olun-

ması  əməliyyatı  üçün 

planın  hazırlanmasında 

fəal  iştirak  etmiş  və  ya-

ralıların  müalicə-təxliyə 

təminatına 

şəxsən 


rəhbərlik etmişdir.

1993-cü  ildən  2000-

ci  ilə  kimi  ATU-nun 

hərbi  kafedrasının  rəisi 

vəzifəsində çalışmışdır. 

2001-2013-cü 

illərdə 

Mülki 


Müdafiə 

Tibb 


Xidmətinin  Təşkili  kur-

sunun  müdiri  işləmişdir. 

Müzəffər  müəllim  Qara-

bağ  müharibəsi  veteranı 

idi. 

Onun əziz xatirəsi dost-



larının  və  doğmalarının 

qəlbində  daim  yaşaya-

caqdır. 

Allah rəhmət eləsin

qəbri nurla dolsun!


Yüklə 12,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin