http://www.amu.edu.az
15 iyun 2014-ъц ил
2
u
İyunun 12-də
Azərbaycan Tibb
Universitetində Milli
Qurtuluş Gününə
həsr olunmuş tədbir
keçirildi.
Tədbiri giriş sözü ilə açan
universitetin rektoru, Milli
Məclisin deputatı, akademik
Əhliman Əmiraslanov işti-
rakçıları bayram münasibəti
ilə təbrik edərək 15 iyunun
sadəcə təqvim bayramı de-
yil, böyük ictimai, siyasi və
tarixi əhəmiyyətə malik bir
gün olduğunu bildirdi. Ümum-
milli lider Heydər Əliyevin
1993-cü il iyunun 15-də
yenidən xalqımızın təkidli
tələbi ilə siyasi hakimiyyətə
qayıtmasını
Azərbaycanın
çoxəsrlik tarixində taleyük-
lü möhtəşəm siyasi hadisə
kimi dəyərləndirdi: “1991-ci
ildən 1993-cü ilin iyununadək
bütövlükdə
yeni
müstəqil
dövlətin taleyi ciddi sual altın-
da idi.
O zamankı böhranlı və
ağır şəraitdə respublikanın
gələcəyini düşünən, reallığı
adekvat qiymət ləndirməyi ba-
caran nüfuzlu ziyalılar çıxış
yolunu məhz ulu öndər Heydər
Əliyevin böyük siyasətə qayı-
dışında görürdülər.
Belə böhranlı və ağır
şəraitdə Azərbaycanı sürətlə
fəlakətə sürükləyən məkrli
planların qarşısını almağa,
düçar olduğu fəlakətlərdən
qurtarmağa qadir yeganə
şəxsiyyət məhz ulu öndər
Heydər Əliyev idi. İyun ayı-
nın 9-da xalqın və həm də
o zaman çıxılmaz vəziyyətə
düşmüş
AXC-Müsavat
hakimiyyətinin təkidli istəyi
ilə Bakıya qayıdan ulu öndər
xalqı vətəndaş qarşıdurma-
sından, müstəqilliyini itirmək
təhlükəsindən qurtarmış, çağ-
daş tariximizə dövlətçiliyimizin
xilaskarı, qurucusu kimi daxil
olmuşdur.
Ulu öndər Heydər Əliyev
dərhal bir qrup ziyalı ilə
birgə Bakıdan Gəncəyə yola
düşərək baş vermiş silahlı
qarşıdurmanın əsl səbəblərini
araşdırmış, özünün müd-
rik və uzaqgörən addımla-
rı ilə silahlı qarşıdurmanın
miqyasının genişlənməsinin
qarşısını almışdır. 1993-cü
il iyun ayının 15-də Heydər
Əliyevin Azərbaycan Ali So-
vetinin Sədri seçilməsi isə
ölkədəki kütləvi inamsızlıq,
xaos və hərc-mərclik mühiti-
nin aradan qalxmasına, siyasi
gərginliyin tədricən azalması-
na, sözün həqiqi mənasında,
xalqın böyük fəlakətlərdən
qurtulmasına real zəmin ya-
ratmışdır. Beləliklə də, 15 iyun
Azərbaycanın böyük faciə və
dəhşətlərdən qurtulmasının
rəmzi ifadəsinə çevrilmiş,
xalqımızın qəlbində özünə
möhkəm yer tapmış, tarixə
Milli Qurtuluş Günü kimi düş-
müşdür”.
Rektor qeyd etdi ki, ötən
illərdə ümummilli liderin xi-
laskarlıq missiyası xalqımı-
zın və bütün dünyanın gözü
qarşısında cərəyan etmiş,
Azərbaycan
məhv
olmaq
təhlükəsindən
qurtularaq
gələcəyə inamla baxan güc-
lü bir dövlətə çevrilmişdir.
Bu illərdə ulu öndər Heydər
Əliyevin gərgin zəhməti və
siyasi iradəsi sayəsində re-
allaşdırdığı
nəhəng
işlər
öz miqyasına görə insanı
heyrətə gətirir.
Dostları ilə paylaş: