omofobiya – mobil telefondan istifadə etməyin mümkünsüzlüyü nəticəsində
qorxu ilə səciyyələnən yeni fobiyadır. Telefonun qida bloku qurtarmış, şəbəkə
itmiş və ya o haradasa unudulmuş, nəticədə insanda panika, narahatlıq yaranır.
Hələ 2008-ci ildə aparılmış tədqiqatlar göstərmişdi ki, insanların 53 faizi telefonunu
heç vaxt söndürmür, 9 faizi isə telefonsuz çox ciddi əsəb keçirir.
Qenui Universiteti bu fobiyanı diaqnostik və statistik dərsliyin psixi xəstəliklər üzrə
növbəti buraxılışına daxil edilməsini təklif edir.
Alimlər 15 ildə telefonundan bir saniyə belə ayrılmayan braziliyalını nümunə gətirirlər.
O, yalnız telefonla özünü təhlükəsiz hiss edirmişdir. Psixiatrlar onun vəziyyətini qismən
də olsa yaxşılaşdıra bilsələr də (panik hallar azalmışdı), lakin fobiyanı müalicə edə
bilməmişdilər. Həmin şəxs telefonu əlinin altında olmayanda özünü narahat, həyəcanlı
hiss edir.
Bu, ailə və ya dost-tanışlarla əlaqə yaratmaq mümkünlüyündən asılılıqdır. Və ya ya-
xınların telefon sahibi ilə xüsusən də fövqəladə hallarda əlaqə yaratmayacağından irəli
gələn qorxudur.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda
gənc alimlərin növbəti elmi-praktiki konfransı keçirilmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, konfransda rezidentlər və kafedraların
gənc əməkdaşları təbabətin müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə
çıxış etmişlər.
Eyni zamanda, konfransda institutda çalışan gənc elmi işçilər arasında keçiril-
miş ən yaxşı elmi məqalə müsabiqəsinin qalibləri təltif olunmuşlar.
Konfransın materialları əsasında gənc alimlərin elmi işlərinin məcmuəsi çap
ediləcəkdir.
Dostları ilə paylaş: |