Tələbələrin imtahan sınağı uğurla davam edir


BMT-nin xüsusi məruzəçisi “fastfud”



Yüklə 12,61 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix02.01.2022
ölçüsü12,61 Mb.
#1590
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
BMT-nin xüsusi məruzəçisi “fastfud” 

təhlükəsi barədə xəbərdarlıq edir

B

akıda  üçüncü  “Azərbaycan  Plas-

tik Cərrahiyyə Günləri və İSAPS 

kursu”  beynəlxalq  konfransı  öz  işinə 

başlamışdır.

Konfrans 

Azərbaycan 

Plastik 


Cərrahiyyə İctimai Birliyi,  Azərbaycan 

Tibb Universiteti (ATU) və Beynəlxalq 

Plastik 

Cərrahiyyə 

Cəmiyyətinin 

(İSAPS) birgə təşkilatçılığı ilə  baş tut-

muşdur.

ATU-nun  Tədris-Cərrahiyyə  Klini-

kasında  keçirilən  konfransda    Fran-

sa,  Rusiya  Federasiyası,    İran  və 

Türkiyənin  aparıcı  plas-

tik  cərrahları  ilə  yanaşı, 

yerli mütəxəssislər də iş-

tirak ediblər.

Konfransın  əsas  məq-

sədi  ölkəmizdə  plastik 

cərrahiyyənin  inkişafı-

na  töhfə  vermək,  əcnəbi 

mütəxəssislərlə 

birgə 


fikir  mübadiləsi  apar-

maq  və  tibb  elminin  bu 

sahədəki son yeniliklərini 

müzakirə etmək olub.

Konfransda    açılış  nit-

qi  ilə  çıxış  edən    ATU-

nun  rektoru,    millət  vəkili,  akademik 

Əhliman Əmiraslanov  dedi ki, univer-

sitetimizin    potensial  imkanları  ildən–

ilə    artırdıqca,  maddi-texniki  bazası 

möhkəmləndikcə    onun  elmi-pedaqoji 

səvyyəsi  də  müasir    tələblər  əsasında 

yüksəlməkdədir.  On  il  bundan  öncə  

plas tik cərrahiyyənin  respublikamızda  

demək olar ki,  hələ inkişaf  etmədiyini  

söyləyən    rektor    xalqımızın  ümum-

milli  lideri  Heydər  Əliyevin  səhiyyə 

siyasətinin məntiqi davamı  olaraq  Pre-

zident İlham  Əliyevin bu sahəyə xüsusi 

diqqət ayırdığını , ölkəmizdə plastik və 

rekonstruktiv  cərrahiyyənin inkişafına  

səbəb olduğunu vurğulamışdır.  Sözünə 

davam edən  natiq  bildirmişdir  ki,  o 

zamanlar      tibbin  bu  sahəsində  kadr 

problemimiz  olduğundan  belə xəstələr  

xarici  ölkələrə  üz  tuturdular.    Lakin 

qısa    müddət  ərzində    rezidentlərimiz  

qardaş  Türkiyə  Cümhuriyyətinin  ta-

nınmış  klinikalarında    mükəmməl 

təhsil  aldıqdan  sonra  ölkəmizə 

döndülər  və    onlar  hazırda  insanları-

mıza  yüksək  səviyyədə  tibbi  xidmət 

göstərirlər.    Ə.Əmiraslanov      dedi  ki, 

indi universitetimizdə  belə  beynəlxalq 

konfransların  təşkili  və  keçirilməsi  ar-

tıq bir ənənə şəkli alıb:   “İnanıram ki, 

üçüncü “Azərbaycan Plastik Cərrahiyyə 

Günləri və İSAPS kursu” plastik və re-

konstruktiv cərrahiyyənin inkişafına öz 

töhfəsini    verəcəkdir.  Bakıda  keçirilən 

bu tipli konfranslara beynəlxalq  aləmin 

diqqətinin artması isə bizim doğru yol-

da olduğumuzun göstəricisidir”, - deyə 

akademik Ə.Əmiraslanov bildirmişdir. 

Çıxışının  sonunda    konfransın  işinə 

uğurlar  arzulayan  ATU-nun    rekto-

ru   konfrans  zamanı İSAPS kursunun 

təşkilinin      xüsusilə  gənc  həkimlərə 

çox  faydalı  olduğunu  və    eyni  zaman-

da    iki  gün    davam  edən    bu  toplantı-

nın   azərbaycanlı həkimlərə dünyanın 

ən qabaqcıl mütəxəssisləri ilə  bir yerdə  

tibbin  bu  sahəsinin  son  nailiyyətlərini 

müzakirə    etmək  imkanı  verəcəyini  

söyləmişdir .   

Sonra    universitetin  elmi  işlər  üzrə 

prorektoru,    professor    İbrahim  İsa-

yev  konfransın  plenar  hissəsinin 

gündəliyini  elan  edərək 

sözü məruzəçilərə verdi.  

Plenar  iclasda    İSAPS 

kursunun  rəhbəri  Na-

zim  Çerkeş  çıxışnda  

Azərbaycanın  ildən–ilə  

sürətlə  inkişaf  etdiyini,  

xüsusilə Azərbaycan Tibb 

Universiteti  şəhərciyinin 

daha  da  gözəlləşdiyini,  

bir  -birindən  möhtəşəm 

tədris    korpusları    və 

klinikalarının    tikilib 

istifadəyə  verilməsi  və 

onların    ən  müasir  ava-

danlıqlarla  təchiz  olunması    onda    xoş 

təəssüratlar  yaratdığını dilə  gətirmişdir.

Azərbaycan  Plastik  Cərrahiyyə  İc-

timai    Birliyinin    sədri,    professor  Va-

qif Qələndərov isə ölkəmizdə səhiyyəyə 

göstərilən dövlət qayğısından danışmış-

dır.  O,  qeyd  etmişdir  ki,  ölkə    başçısı  

cənab İlham Əliyevin diqqət və qayğısı 

sayəsində bütün sahələrdə olduğu kimi  

respublikamızda fəaliyyət  göstərən sağ-

lamlıq  mərkəzlərində    də    əsaslı  təmir 

işləri  aparılmış    və    yeni  inşa  edilmiş  

500-dən  artıq  tibb  müəssisəsinin    ən 

müasir  avadanlıqlarla  təchiz  olunması 

Azərbaycanda plastik cərrahiyyənin in-

kişafı üçün də geniş imkanlar açmışdır.

Sonra konfrans öz  işini bölmə iclasları 

üzrə  davam etdirmişdir.  Bölmə iclasla-

rında  üzün  cavanlaşdırılması,  burunun  

plastikası, dərinin müəyyən hissələrində 

liftinq,  habelə    üz  dərisinin  təbii  yol-

la  cavanlaşdırılması,  mammoplasti-

ka,    o  cümlədən,  plastik  cərrahiyyədə 

son  elmi  nailiyyətlər  və    qarşıda  du-

ran  problemlərlə  bağlı  məruzələr 

dinlənilənilmiş  və  geniş  müzakirələr 

aparılmışdır.  Müzakirələrdə  qeyd  edil-

mişdir  ki,    bu  beynəlxalq  konfransın  

proqramı    hazırlanarkən  plastik  və  re-

konstruktiv  cərrahiyyə  sahəsindəki 

mübahisəli olan  problemlərə daha çox 

yer ayrılmışdır.

  İki  gün  davam  edən  üçüncü 

“Azərbaycan Plastik Cərrahiyyə Günləri 

və İSAPS kursu” iyunun 1- də başa çat-

mışdır.

               




Yüklə 12,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin