32
2016/1 (20)
ORİJİNAL MƏQALƏLƏR
Göründüyü kimi bir sıra xəstəliklərin əhalinin əlilləşməsinin ümumi səviyyəsinə və I qrup əlillərin sayına
görə reytinqi üst-üstə düşmür. Ən böyük fərq uveitlər (1, 6-cı yerlər), diabetik retinopatiya (3, 11-ci yerlər) və
anoftalma (5 və 1-ci yerlər) görə müşahidə olunur. Buna baxmayaraq xəstəliklərin ilkin əlilliyin populyasiya və
I qrup əlilliyin populyasiyadakı səviyyəsinə görə reytinqi arasında statistik dürüst ranq korrelyasiyası müşahidə
olunur (ρ=0,60; P<0,05). Bu onunla bağlıdır ki, əksər xəstəliklərin hər iki meyara görə reytinqləri ya üst-üstə düşür
(büllur patologiyaları-14, torlu qişanın xəstəlikləri-13, digər refraksiya və akkomodasiya pozulmaları-7), ya da
çox az fərqlənir (buynuz qişanın xəstəlikləri-8; 10, qlaukoma-10; 9, hipermetropiya-4; 2).
Reytinqlərin daha çox yaxınlığı ilkin əlilliyin səviyyəsi və II qrup əlillərin sayına görə müşahidə olunur. Bu
göstəricilərin səviyyəsinə görə reytinqlərin yaxınlığı əksər xəstəliklər üçün səciyyəvi ol-muşdur: buynuz qişanın
(8;6), torlu qişanın (13; 14) xəstəlikləri, travmaların nəticələri (11; 10), miopiya (12; 13), hipermetropiya (4; 4) və
digər refraksiya və akkomodasiya pozulmaları (7; 8), göz almasının atrofiyası (2; 1). Qeyd olunan meyarlara görə
də xəstəliklərin reytinqləri bir-biri ilə yüksək dərəcədə korrelyasiya olunur (ρ=0,86; P<0,01). Oxşar nəticə ilkin
əlillik səviyyəsinə və III qrup əlillərinin sayına görə xəstəlilərinin reytinqlərinin müqayisəsində də izlənilir. Bu iki
meyara görə də xəstəliklərin reytinqləri bir biri ilə güclü korrelyasiya əlaqəsinə malikdir (ρ=0,74;P<0,01).
Beləliklə, göz xəstəliklərinin əhalinin əlilləşməsində rolunu və bununla əlaqədar olan tibbi-sosial prioritetini
aşağıdakı meyarlara görə təyin edəndə oxşar nəticələrə gəlmək olur və ciddi xətaya yol verilmir:
-
Xəstəliklə bağlı əlilliyin populyasiyada səviyyəsi;
-
Xəstəliklə bağlı I, II və III qrup əlilliyin populyasiyada səviyyəsi.
Ayrı-ayrı xəstəliklərlə bağlı ilkin əlillik səviyyəsi və həmin əlillərin ilkin şəhadətləndirilməsi zamanı orta
yaşının reytinqləri bir-birindən əksər hallarda kəskin fərqlənir.
Belə ki, uveitlər, diabetik retinopatiya ilə bağlı ilkin əlilliyin səviyyələrinin reytinqləri çox aşağıdır (bu əlillərin
bütün əlillər arasında payı kiçikdir) və bu əlillərin şəhadətləndirmə anında yaşı yüksəkdir. Bu xəstəliklərin müvafiq
reytinqləri 1 və 12; 3 və 14 təşkil edir. Uyğunluq miopiya (12 və 2), digər refraksiya və akkomodasiya pozulmaları
(7 və 1), travmaların nəticələri (11 və 6) kimi əlillik səbəblərinin reytinqində də izləninlir. Nəticədə xəstəliklərin
ilkin əlillik səbəbləri arasında reytinqi (əlilləşmə səviyyəsi) əlillərin şəhadətləndirmə anında orta yaşının reytinqi ilə
korrelyasiya olunmur (ρ=0,03; P>0,05). Oxşar nəticəni xəstəliklərin ilkin əlillik səbəbləri arasında reytinqini onların
assosasiya edildiyi əlillik ömrünün orta müddətinin reytinqi ilə müqayisədə də izləmək olur (ρ=0,03; P>0,05).
Beləliklə, əlilliyin sosial səciyyəsini əks etdirən müxtəlif göstəricilər (əlilliyin və onun dərəcələrinə görə
növlərinin əhali arasında yayılması, əlillərin şəhadətləndirmə anında orta yaşı və əlilliklə assosiasiya olunan
ömrün gözlənilən müddəti arasında onların prioriteti barədə müxtəlif, bir-birini inkar edən nəticələr formalaşır.
Ona görə də əlilliklə bağlı tibbi-sosial ağırlığın və prioritetin müəyyənləşdirilməsində elə ümumiləşdirici (inteqral)
meyarlara ehtiyac var ki, onlar əlilliyin bütün ağırlıq meyarlarını əhatə edib vahid kəmiyyətlə ifadə etsin. Bu
barədə aldığımız nəticələr 2-ci cədvəldə verilmişdir.
Cədvəl 2
Dostları ilə paylaş: