Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Sara ƏZİMOVA

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı olub

  Dünən  Naxçıvan  Şəhər  Pro-

kurorluğunun  təşkilatçılığı  ilə

Naxçıvan şəhərinin Əliabad qə-

səbəsində “Torpaq üzərində mül-

kiyyət hüququ”, “Valideynlərin

hüquq və vəzifələri” mövzularını

əhatə edən maarifləndirici tədbir

keçirilib. 

    Tədbiri Naxçıvan Şəhər İcra Ha-

kimiyyətinin  şöbə  müdiri  İsmayıl

Gülməmmədov açıb.

    Sonra  Naxçıvan  Şəhər  Proku-

rorluğunun böyük müstəntiqi, kiçik

ədliyyə  müşaviri  İlqar  Rzayevin

“Valideynlərin hüquq və vəzifələri”

mövzusunda  məruzəsi  dinlənilib.

Məruzəçi iştirakçılara Azərbaycan

Respublikasının ailə qanunvericiliyi,

ölkəmizdə  nikah  və  ailə  münasi-

bətlərinin  hüquqi  baxımdan  tən-

zimlənməsi, valideynlərin hüquqları

və vəzifələri, valideynlik hüquqla-

rının  məhdudlaşdırılmasına  əsas

ola  biləcək  səbəblər,  mövcud  qa-

nunvericiliyin  müvafiq  icra  haki-

miyyəti  orqanları  qarşısında  qoy-

duğu tələblər bərədə ətraflı məlumat

verib. 

    Naxçıvan  şəhər  prokurorunun

köməkçisi  Abdulla  Quliyev  isə

“Torpaq  üzərində  mülkiyyət  hü-

ququ” mövzusundakı məruzəsində

Azərbaycan Respublikasının Tor-

paq  Məcəlləsi,  bu  məcəllədə  yer

alan  “Torpaq  sahəsi”  anlayışı,

ölkə mizdə torpaq sahəsi üzərində

dövlət,  bələdiyyə  və  xüsusi  mül-

kiyyət növləri, mülkiyyət hüququ-

nun subyektləri, qanunvericilikdə

torpaq  münasibətlərinin  tənzim-

lənməsi  sahəsində  dövlətin  səla-

hiyyətləri,  dövlət  mülkiyyətində

olan torpaqlar barədə iştirakçılara

ətraflı məlumat verib, 30 sentyabr

2015-ci il tarixli Azərbaycan Res-

publikasının Qanunu ilə Azərbay-

can  Respublikası  Cinayət  Məcəl-

ləsində edilən bir sıra dəyişikliklər,

bu dəyişikliyə əsasən cinayət mə-

suliyyəti  yaradan  səbəblər  haqda

danışıb. 

    Qeyd edilib ki, adıçəkilən qanun

qüvvəyə minənədək Cinayət Mə-

cəlləsinin 188-ci maddəsi “Torpaq

üzərində mülkiyyət hüququnu poz-

ma” adlanırdı və bu maddəyə əsa-

sən torpaq üzərində qanunla müəy-

yən edilmiş mülkiyyət hüququnu

pozma,  yəni  torpaq  sahəsini  öz-

başına  tutma,  dəyişdirmə  və  ya

becərmə cinayət məsuliyyətinə sə-

bəb  olurdu.  Cinayət  Məcəlləsinə

dəyişiklik edilərək 188-ci maddə

“Torpaq üzərində mülkiyyət, isti-

fadə və ya icarə hüququnu pozma”

adlandırılıb. Həmin maddənin bi-

rinci bəndində qeyd edilir ki, qa-

nunla müəyyən edilmiş mülkiyyət,

istifadə və ya icarə hüququ olma-

dan  torpaq  sahəsini  özbaşına  ha-

sarlama, becərmə və ya dəyişdirmə,

yaxud həmin torpaq sahəsini başqa

üsullarla  özbaşına  tutma  cinayət

məsuliyyəti yaradır. Bu cinayətin

ictimai təhlükəliliyi ondan ibarətdir

ki, qeyd edilən əməllərin törədil-

məsi  torpaqdan  qanuni  istifadə,

ona  sahiblik,  onun  barəsində  sə-

rəncam  vermə  torpağın  icarəyə

verilməsi  qaydalarını  pozur,  tor-

paqların  təyinatının  dəyişməsinə

səbəb olur. Torpaq daşınmaz əmlak

kimi  mülkiyyət  hüququnun  ob-

yektidir. 

    Sonda tədbir iştirakçılarının su-

alları cavablandırılıb.

-


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin