Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   2   3   4   5   6   7   8   9   ...   17
Kərəm HƏSƏNOV

Kəngərli rayonunda seminar-müşavirə keçirilib

    Müasir bazar iqtisadiyyatı şəraitində

kreditlərin  verilməsi  nəticəsində  iqtisa-

diyyatın  ayrı-ayrı  sahələrinin  maliyyə-

ləşdirilməsi məhz bank sektorunun iqti-

sadiyyatın  inkişafında  rolunun  əsas

göstəricisidir. 

    Banklar tərəfindən kənd təsərrüfatı sa-

hələrinə verilən güzəştli kreditlər həmin

sahədə istehsalın artımına, istehsal olunmuş

məhsulların  ixracına,  məşğulluğun  artı-

rılmasına, aqrar sektorun və onunla əla-

qədar olan digər sahələrin (yeyinti, yüngül

sənaye sahələrinin) inkişafına birbaşa və

dolayı  təsir  edir.  Bundan  əlavə,  banklar

tərəfindən  verilən  kreditlərlə  müxtəlif

müəssisələrin yaradılması istehsalın həc-

minin artmasına, əhalinin məşğulluğunun

təmin olunmasına, nəticədə, dövlət büd-

cəsinə  vergi  daxilolmalarının  artmasına

təsir edir. 

    Mərkəzi Bankın Naxçıvan Muxtar Res-

publikası İdarəsindən aldığımız məlumata

görə, muxtar respublikada fəaliyyət gös-

tərən  banklar  və  kredit  təşkilatları  tərə-

findən 1 iyul 2016-cı il tarixə iqtisadiyyata

yönəldilən  kredit  qoyuluşu  114  milyon

171 min manat, o cümlədən qısamüddətli

kredit qoyuluşu 12 milyon 371 min manat,

uzunmüddətli  kredit  qoyuluşu  isə  101

milyon 800 min manat təşkil edib. Kredit

qoyuluşu  keçən  ilin  müvafiq  dövrü  ilə

müqayisədə  5  milyon  617  min  manat

azalıb. Azalma cari dövrdə yığılmış vaxtı

keçmiş kredit borcları hesabına olub.

    Mərkəzi  Bankın  kreditləşmədə  əsas

məqsədi  aqrar  sektorun  inkişafı,  ixraca

yardım və daxili bazarın müdafiəsi, kiçik

və  orta  sahibkarlığın  inkişafına  nail  ol-

maqdır. Eyni zamanda muxtar respublika

əhalisinə  verilmiş  10  milyon  125  min

manat məbləğində şəxsi istehlak kreditləri,

daşınmaz  əmlak  alınması

üçün 9 milyon 49 min ma-

nat  məbləğində  verilmiş

ipoteka kreditləri vasitəsilə

vətəndaşların şəraitinin yax-

şılaşdırılması  ilə  bərabər,

real sektor da dəstəklənib. 

    Kredit qoyuluşu, əsasən,

dövlət proqramlarının icra-

sına,  real  sektorun,  kiçik

və orta sahibkarlığın inki-

şafına yönəldilib ki, bu da kənd təsərrüfatı,

yerli sənaye və istehlak malları istehsalının

həcminin artması və yeni iş yerlərinin ya-

ranmasında əhəmiyyətli rol oynayıb.

    Bank və kredit təşkilatları tərəfindən

2016-cı ilin ilk 6 ayı ərzində 20 milyon

411  min  manat  kredit  verilib  ki,  bunun

da 6 milyon 805 min manatını qısamüd-

dətli,  13  milyon  606  min  manatını  isə

uzunmüddətli kredit təşkil edir. Verilmiş

kreditin 7 milyon 234 min manatı kənd

təsərrüfatı,  370  min  manatı  sənaye,  75

min  manatı  tikinti,  2  milyon  181  min

manatı  kommersiya,  3  milyon  617  min

manatı nəqliyyat sahələrinə, 721 min ma-

natı  daşınmaz  əmlakla  əlaqədar  ipoteka

kreditlərinin  verilməsinə,  6  milyon  203

min  manatı  digər  kommunal,  sosial  və

istehlak  kreditlərinin  verilməsi  kimi  sa-

hələrə yönəldilib. 

    “2014-2018-ci illərdə Naxçıvan Muxtar

Respublikasının  sosial-iqtisadi  inkişafı

üzrə Dövlət Proqramı”nda banklar qarşı-

sında qoyulan vəzifələrin icrası ilə əlaqədar

müvafiq işlər görülüb. 2016-cı ilin 6 ayı

ərzində  verilmiş  kreditlərin  35,4  faizini

və  ya  7  milyon  233  min  manatını  kənd

təsərrüfatı kreditləri təşkil edir. Kənd tə-

sərrüfatı kreditləri aqrar sahənin inkişafı

ilə yanaşı, ənənəvi istehsal və kiçik emal

sahələrinin yaradılmasında stimul olub. 

    Bu  kreditlər,  əsasən,  prioritet  sayılan

və  muxtar  respublikada  qəbul  edilmiş

dövlət  proqramlarının  icrasına  uyğun

olaraq istehsal proseslərinin təmin edilməsi

üçün çoxsaylı komponentlərə – toxum və

əkin  materiallarının,  kiçik  emal  avadan-

lıqlarının  alınmasına,  digər  aqrotexniki

tədbirlərin  aparılmasına,  heyvandarlığın

inkişafına verilib. 

    Verilmiş kreditlərin 41,1 faizini kiçik-

həcmli kreditlər təşkil edir. Gələcəkdə bu

cür kreditlərin verilməsinin həcminin ar-

tırılması  istiqamətində  lazımi  iş  aparılır.

    2016-cı ilin 6 ayı ərzində banklara 27

milyon 404 min manat kredit borcu qay-

tarılıb. Vaxtı keçmiş kredit borclarının yı-

ğılması işi sürətləndirilərək cari ilin birinci

yarısında Sahibkarlığa Kömək Fondu və-

saitlərindən 3 milyon 555 min manat vaxtı

keçmiş kredit borcları yığılıb. Bu sahədə

müəyyən irəliləyişlərə nail olunsa da, 12

milyon 7 min manat vaxtı keçmiş kredit

borcları mövcuddur. Vaxtı keçmiş borcların

11 milyon manatını Sahibkarlığa Kömək

Fondunun  vəsaitləri  hesabına,  1  milyon

7  min  manatını  bank  və  bank  olmayan

kredit təşkilatlarının vəsaiti hesabına ve-

rilmiş kreditlər təşkil edir.

-


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin