4
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Rauf Əliyev
Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.
Tiraj: 1050. Sifariş № 546
Baş redaktor:
TURAL SƏFƏROV
Dünən Naxçıvan Muxtar Res-
publikası Gənclər və İdman Nazir-
liyinin təşkilatçılığı ilə Şahmat, Fut-
bol və Yüngül Atletika federasiya-
larının idmançıları və məşqçiləri
müvafiq olaraq Naxçıvan Dövlət
Tarix Muzeyini, Dövlət Bayrağı
Meydanı və Muzeyini, Xatirə Mu-
zeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası
Şahmat Federasiyasının üzvlərinə
Naxçıvan Dövlət Tarix Muzeyində
məlumat verilib ki, 1924-cü ildə
fəaliyyətə başlayan muzeydə qədim,
orta əsrlər və müasir dövrü əhatə
edən 49 minə yaxın eksponat qo-
runub saxlanılır. 10 şöbədən ibarət
olan ekspozisiyada müxtəlif tarixi
dövrlərə aid məişət əşyaları və əmək
alətləri, muxtar respublika ərazisində
aşkar olunan mis və gümüş pullar,
xalçaçılıq, zərgərlik, misgərlik, du-
lusçuluq və nəqqaşlıq sənəti nü-
munələri, xalq ustalarının müxtəlif
əl işləri, eləcə də Naxçıvanın müasir
inkişafını əks etdirən zəngin mate-
riallar nümayiş etdirilir.
Futbol Federasiyasının idman-
çıları və məşqçiləri Dövlət Bayrağı
Meydanı və Muzeyini ziyarət edib-
lər. Ziyarətçilərə bildirilib ki, Döv-
lət Bayrağı Meydanı və Muzeyi
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2014-cü il
22 avqust tarixli Sərəncamına əsa-
sən yaradılıb və 2014-cü il no-
yabrın 17-dən fəaliyyətə başlayıb.
Muzeydə Naxçıvanda müxtəlif
dövrlərdə qəbul edilmiş bayraqlar
və dövlət atributları nümayiş
etdirilir.
Vurğulanıb ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə təsis edil-
miş üçrəngli bayrağımız ikinci
dəfə ulu öndər Heydər Əliyev tə-
rəfindən 1990-cı il noyabrın 17-də
Naxçıvanda qaldırılıb. Naxçıvan
Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2014-cü il 17 noyabr ta-
rixli Sərəncamı ilə hər il noyabr
ayının 17-si Naxçıvan Muxtar Res-
publikasının Dövlət Bayrağı Günü
kimi qeyd edilir.
Xatirə Muzeyinin ziyarətçiləri
olan Yüngül Atletika Federasiyasının
idmançılarına isə məlumat verilib
ki, Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü uğrunda döyüşlərdə
həlak olmuş naxçıvanlıların xati-
rəsinin əbədiləşdirildiyi muzeydə
şəhidlərin fotoşəkilləri, şəxsi sə-
nədləri, döyüş fəaliyyətlərini əhatə
edən materiallar, eyni zamanda qəh-
rəmanlıq tariximizin müxtəlif dövr-
lərinə aid kitablar nümayiş etdirilir.
Eksponatların xalqımızın soyqırımı
tarixi üzrə dövrləşdirilərək yerləş-
dirilməsi ziyarətçilərin muzeylə
daha yaxından tanış olmasına imkan
yaradır.
Dostları ilə paylaş: