Naxçıvan Muxtar Respublikası Əd-
liyyə Nazirliyi Kəngərli rayonunda in-
zibati ərazi dairəsi üzrə nümayəndə-
liklər tərəfindən doğum, nikah və ölüm
qeydiyyatı zamanı qanunvericiliyin tə-
ləblərinə riayət olunması ilə bağlı se-
minar-müşavirə keçirib.
Tədbiri giriş sözü ilə Kəngərli Rayon
İcra Hakimiyyətinin başçısı Kamal Ələk-
bərov açıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar
Respublikasının ədliyyə naziri, II dərəcəli
dövlət ədliyyə müşaviri Suliddin Əliyev
məruzə edərək bildirib ki, ümummilli
liderimiz Heydər Əliyevin
2002-ci il 31 iyul tarixli Fər-
manına əsasən, rayon mərkə-
zindən kənarda yerləşən qəsəbə
və kənd sakinləri üçün daha
münasib şəraitin yaradılması,
onların rahatlığının təmin edil-
məsi, doğum, nikah və ölüm
qeydiyyatının daha operativ
həyata keçirilməsi məqsədilə
nikahın, doğumun və ölümün
dövlət qeydiyyatını rayon (şə-
hər) qeydiyyat şöbələri ilə yanaşı, icra ha-
kimiyyətlərinin nümayəndəlikləri aparır.
Muxtar respublikamızın bütün rayon-
larında yerli icra nümayəndəlikləri üçün
yeni inzibati binalar tikilib və müasir
standartlara uyğun iş şəraiti yaradılıb.
Məhz bu diqqət və qayğı nəticəsində Kən-
gərli rayonunun icra nümayəndəlikləri də
müasir inzibati bina və iş şəraiti ilə təmin
olunublar.
Qeyd olunub ki, yaradılan bu şərait
icra nümayəndələrinin üzərinə mühüm
vəzifələr qoyur. Hər bir icra nümayəndəsi
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikası Qanununun, Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin, notariat
haqqında qanunun və kargüzarlıq qayda-
larını müəyyən edən təlimatın tələblərinə
əməl etməli və vətəndaşlıq vəziyyəti aktları
qeydə alınmasına görə dövlət rüsumu
ödənildikdən sonra müvafiq əməliyyatı
rəsmiləşdirməlidir. Xüsusilə nikah qey-
diyyatı ilə bağlı könüllü lük prinsipi daim
diqqətdə saxlanılmalı, vətəndaşların şəxsən
iştirakı təmin edilməli və nikah qeydiyyatı
üçün müraciət etmiş vətəndaşların ərizəsi
qəbul edilən zaman tibbi müayinə ara-
yışlarının alınması təmin olunmalıdır. Hər
bir icra nümayəndəsi tərəfindən notariat
hərəkətlərinə görə qəbul edilmiş dövlət
rüsumu iki bank günü ərzində dövlət büd-
cəsinə köçürülməli, notariat əməliyyatı
zamanı vətəndaşların şəxsən iştirakı təmin
edilməlidir.
Sonda seminar-müşavirə iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Kəngərli Rayon İcra Haki-
miyyətinin başçısı Kamal Ələkbərov yekun
vurub.
-