Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə


Naxçıvan Muxtar Respublikası Dövlət Sosial



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix02.01.2022
ölçüsü1,88 Mb.
#1781
1   2   3   4   5   6   7   8   9   ...   17
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial 

Müdafiə Fondunun mətbuat xidməti

Muxtar respublikada 2016-cı ilin birinci 

yarısında pensiyalar vaxtında ödənilmişdir

  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Sosial

Müdafiə Fondu əhalinin sosial təminatının yax-

şılaşdırılması  məqsədilə  ardıcıl  tədbirlər  görür.

Tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət

mərkəzində saxlayan kollektiv 2016-cı ilin ötən

dövründə  əmək  pensiyalarının  maliyyələşdiril-

məsini vaxtından əvvəl başa çatdırmış, 60 milyon

482  min  150  manat  vəsait  pensiyaçıların  şəxsi

hesablarına köçürülmüşdür. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyə Respublikasının

xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu  yaxınlarda  Varşavada  Türkiyə  Respublikasının  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğanla

görüşünü  və  ikitərəfli  münasibətlərimizin  daha  da  möhkəmləndirilməsi  ilə  bağlı  danışmaq

fürsəti  əldə  etdiklərini  məmnunluqla  vurğulayan  dövlətimizin  başçısı  ölkələrimiz  arasında

əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev Türkiyənin

Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib.

Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlətimizin başçısı Azərbaycan-Türkiyə

birliyinin  və  dostluğunun  getdikcə  daha  da  möhkəmləndiyini  və  artıq  bir  çox  sınaqlardan

çıxdığını qeyd edərək bildirib ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm

və sarsılmaz olduğunu görürlər. 

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında

əlaqələrin  düzəlməsində  verdiyi  güclü  dəstəyə  görə  ölkəsi  və  xalqı  adından  Prezident  İlham

Əliyevə  minnətdarlığını  bildirib.  Türkiyənin  xarici  işlər  naziri  son  vaxtlar  Azərbaycan

iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini deyib

və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib.

Rəsmi xronika

    Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta

Agentliyi tərəfindən 2016-cı ilin birinci yarısında sığorta

mədəniyyətinin  inkişaf  etdirilməsi  və  kütləviliyinin

təmin olunması sahəsində ardıcıl tədbirlər görülmüşdür.

Muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət, tikinti

və sahibkarlıq subyektlərində icbari və könüllü sığortanın

əhəmiyyəti  barədə maarifləndirmə tədbirləri aparılmış,

istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəti-

cəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari

sığorta işinə diqqət artırılmışdır. Rayonlardakı Dövlət

Sığorta agentlikləri isə yerli icra hakimiyyətlərinin nü-

mayəndələri ilə birlikdə kəndlərdə maarifləndirmə təd-

birlərini davam etdirmiş, sakinlərə sığortanın növləri,

əhəmiyyəti və şərtləri barədə ətraflı məlumat vermişdir. 

    İcbari  sığortanın  mühüm  növlərindən  biri  də  avto-

nəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin

icbari sığortasıdır. Muxtar respublikanın iqtisadi inkişafına

paralel olaraq nəqliyyat vasitələrinin sayının durmadan

artması bu sahədə işlərin genişləndirilməsini şərtləndir-

mişdir. Buna görə də Dövlət Yol Polisi əməkdaşları ilə

birlikdə mütəmadi reydlər keçirilmiş,  nəqliyyat vasitələri

icbari sığortaya cəlb olunmuşdur. Ötən dövrdə kənd tə-

sərrüfatı  bitkilərinin  sığortası  ilə  əlaqədar  vətəndaşlar

arasında izahat işi aparılmış, bu sığorta növünün mahiyyəti

diqqətə çatdırılmışdır. Görülən işlərin nəticəsidir ki, sa-

hibkarların sığortanın bu növünə olan marağı getdikcə

artmaqdadır. Belə ki, 2016-cı ilin 6 ayında 627 vətəndaşa

məxsus kənd təsərrüfatı bitkiləri sığortalanmışdır. Hazırda

bu sahədə işlər davam etdirilir.

    Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən Naxçıvan

Muxtar  Respublikası  Dövlət  Baş  Sığorta Agentliyinə

daxil olan müraciətlərə də vaxtında cavab verilmişdir.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin