2
Naxçıvan Muxtar Respublikasının
ən gənc rayonu olan Kəngərli
2004-cü il martın 19-da yaradılıb.
1995-ci ildən başlayaraq muxtar res-
publikada aparılan islahatlar regionda
ərazi idarəetmə strukturlarının da
təkmilləşdirilməsinə öz təsirini gös-
tərib və nəticədə, Azərbaycan Res-
publikasının Prezidenti cənab İlham
Əliyevin Naxçıvan Muxtar Respub-
likasında Kəngərli rayonunun yara-
dılması haqqında Azərbaycan Res-
publikasının Qanununu imzalaması
ilə Kəngərli rayonu təşkil edilib.
Qanuna görə, Naxçıvan Muxtar Res-
publikasının Babək rayonunun Bö-
yükdüz, Çalxanqala, Xıncab, Şərur
rayonunun isə Qarabağlar, Xok, Qıv-
raq, Qabıllı, Yurdçu, Şahtaxtı və
Yeni Kərki kəndlərini əhatə edən
ərazi vahidləri bu rayona daxil edilib,
Qıvraq kəndinə qəsəbə statusu ve-
rilərək rayon mərkəzinə çevrilib.
Biz də elə yolboyu səfərimizə rayon
mərkəzi olan Qıvraq qəsəbəsindən
başlayırıq...
Hər şeydən əvvəl onu deyim ki,
Kəngərli rayonunda yerləşən əksər
yaşayış məntəqələri Naxçıvanın qə-
dim tarixə malik yurd yerləridir. Elə
Qıvraq qəsəbəsi də həmçinin. Təd-
qiqatçılara görə, Qıvraq kəngərlilərə
aid mülkün adı olub, sonra burada
həmin tayfaya mənsub ailələr məs-
kunlaşıblar. 1925-ci ildə aparılan
inzibati ərazi bölgüsünə görə Qıvraq
19 kəndi əhatə edən rayon mərkəzi
olub və 1930-cu ildə bu rayon ləğv
edilib. Bir də 74 il sonra bu yaşayış
məntəqəsi rayon mərkəzi statusu
alıb. Qıvraq kəndi Sovetlər Birliyi
dövründə, əsasən, kənd təsərrüfatının
müxtəlif sahələrinin inkişaf etdirildiyi
yaşayış məntəqəsi olsa da, daha çox
burada yerləşən hərbi hissəyə görə
tanınıb. Elə müstəqilliyimizin ilk
illərində də muxtar respublikamızın
qərb sərhədlərinin qorunmasında
buradakı hərbi hissənin böyük rolu
olub. Hazırda rayon mərkəzi olan
Qıvraq qəsəbəsi son illərdə burada
aparılmış quruculuq tədbirləri sa-
yəsində öz simasını tamamilə dəyi-
şib, qəsəbədaxili yollar yenidən qu-
rulub, yeni təhsil, mədəniyyət, sə-
hiyyə müəssisələri yaradılıb, dövlət
qurumları üçün yeni inzibati binalar
inşa olunaraq istifadəyə verilib. Son
onillikdə keçmiş Qıvraq kəndinin
şimal hissəsini təşkil edən boş və
quru çöllük ərazilərdə rayon mər-
kəzinə xas infrastruktur salınaraq,
ümumilikdə, gözəl bir qəsəbə an-
samblının yaradılmasına nail olunub.
Ötən il qəsəbədə istifadəyə verilmiş
Ticarət-İaşə və Bazar Kompleksi
isə burada yaşayan sakinlərə müxtəlif
xidmətlərin göstərilməsinə şərait ya-
radıb. Qəsəbədə olarkən görüşüb
söhbət etdiyimiz sakinlərdən Mustafa
Bəylərov və Cəbi Əhmədov bildir-
dilər ki, Qıvraq qəsəbəsi tarixin heç
bir dövründə belə şəraitin, gözəlliyin
şahidi olmayıb. Burada rayon təşkil
olunduqdan sonra hər il qəsəbədə
quruculuq və abadlıq işləri aparılıb,
yeni tikililər istifadəyə verilib, parklar
salınıb, yaşıllıqların həcmi artırılıb.
Elə indinin özündə də bu işlər davam
etdirilir. Müsahiblərimiz dedilər ki,
ötən il burada istifadəyə verilmiş
yeni ticarət kompleksi isə sakinlərin
daha çox sevincinə səbəb olub. Belə
ki, kompleksdə fəaliyyət göstərən
şadlıq sarayı, müxtəlif mağazalar,
yeməkxana, kənd təsərrüfatı məh-
sullarının satıldığı qapalı bazar qə-
səbədə yaşayan 6000-dən çox sakinin
rahatlığını təmin edib. Qeyd etmək
lazımdır ki, qəsəbədəki təmizlik də
nəzərimizi ilk baxışdan cəlb edən
amillərdən oldu. Təyin olunmuş
müxtəlif yerlərdə məişət tullantıları
qutularının qoyulması, ərazinin daim
təmiz saxlanılmasına göstərilən diq-
qət qəsəbənin gözəlliyini daha da
artırıb.
Yurdçu kəndi Kəngərli rayonunda
rayon mərkəzinə ən yaxın məsafədə
yerləşən kəndlərdəndir. Rayonda
kompleks quruculuq tədbirləri ən
son bu kənddə aparılıb. Bu ilin ilk
ayında kənddə yeni məktəb binasının,
kənd və xidmət mərkəzlərinin açılışı
olub. Həmin tədbirlərdən sonra Kən-
gərli rayonu muxtar respublikanın
quruculuq xəritəsinə bütün yaşayış
məntəqələri abadlaşdırılmış ilk rayon
kimi həkk olunub. Qarabağlar kən-
dinə tərəf uzanan avtomobil yolun-
dan sağa tərəf dönüb kəndə daxil
oluruq. Bu yoldan daxil olan hər
kəs ilk olaraq burada yaradılmış
xidmət mərkəzinin yaraşıqlı binası
ilə qarşılaşır. Binanın ətrafı abad-
laşdırılıb, səliqə ilə gül-çiçəklər əki-
lib. Bir zamanlar yolboyu uzanan
uçuq, bomboz divarların yerində
indi yeniləri tikilib. Kəndin daxili
yolları yenidən qurulub, qara örtük
salınıb. Kəndin girəcəyində yerləşən
məscidin həyətindəki ağsaqqal kişi
diqqətimizi çəkir. O, həyətdəki ağac-
lara qulluq edirdi. Yaxınlaşıb sa-
lamlaşırıq, kimliyimizi nişan veririk.
Yaşı 70-i keçən Cəlil kişi bizimlə
mehriban söhbət edir: “Sovet döv-
ründə kənd lərimizdəki bütün məs-
cidlərin qapılarını qıfıllayıb bağla-
mışdılar, ya da ki bu cür müqəddəs
məkanlardan anbar kimi istifadə
edirdilər. İndi şükürlər olsun ki,
dövlətimiz dini dəyərlərimizə böyük
diqqət yetirir. Muxtar respublikadakı
məscidlərimizin böyük əksəriyyəti
yenidən qurularaq əhalinin istifa-
dəsinə verilib. Bu, dini və mənəvi
dəyərlərimizə böyük qayğıdır”. Cəlil
kişi ilə bir xeyli söhbət edirik, kənddə
aparılan genişmiqyaslı abadlıq işlə-
rinə görə dövlətimizə minnətdarlığını
bildirir.
Sonra yolumuza davam edirik
və üz tuturuq rayonun, ümumilikdə
isə muxtar respublikamızın ən böyük
kənd yaşayış məntəqələrindən biri
olan Qarabağlar kəndinə.
XVII əsrdə bütün Yaxın Şərqdə
məşhur olan türk səyyahı Övliya
Çələbi “Səyahətnamə”sində 50 min
nəfərin yaşadığı 10 min evin, 70
məscidin, 40 minarənin, karvansara,
hamam və bazarların olduğu Qara-
bağlar şəhərindən bəhs edir. Tarixi
mənbələrdə Qarabağların qədim
Roma və Bizans imperiyaları ilə iq-
tisadi-mədəni əlaqələrini sübut edən
məlumatlar var. Bundan əlavə, orta
əsrlərdə elm və təhsilin inkişaf et-
dirildiyi Qarabağlar mədrəsələrində
riyaziyyat, təbabət, nücum elmlərinin
öyrədilməsi də geniş yayılıbmış.
Naxçıvanın Kəngərlilər nəslinin sa-
yılıb-seçilən üzvlərinin pay torpaq-
larının olduğu Qarabağlarda indi də
məhəllələr aid olduğu tayfaların ad-
ları ilə adlandırılır: Bəydilli, Süley-
manlı, Ağahəsənli, Cığallı, Turab-
xanlı, Hacı Baxşəlilər və sair. Dünya
əhəmiyyətli Qarabağlar türbəsi bu
kənddə yerləşir. Yaşı minillərə da-
yanan müqəddəs Asnı bulağı kəndin
əkin sahələrinə can verir, yerli xam-
mal kimi Sovetlər Birliyi dövründən
istehsalına başlanılmış üzlük daş
plitələr Rusiya və Avropanın neçə-
neçə şəhərlərinin binalarına, park
və xiyabanlarına gözəllik bəxş edir.
Hələ mən kəndin şimal-qərb istiqa-
mətində yerləşən Daş məhəllədən
(buradakı saf daş yataqlarının də-
rinliyi, deyilənə görə, yüz metrədək
gedib çıxır), Naxçıvanda sovet ha-
kimiyyəti yeni qurulan zaman tə-
qiblər üzündən öz mülklərini tərk
etmiş xan ailələrindən və hazırda
da onların mövcud olan həyət evlə-
rindən, sovetləşmədən sonra Rusi-
yadan Naxçıvana göndərilən peda-
qoji kadrların buradakı təhsil ocaq-
larına daha çox yönləndirilməsi mə-
sələlərindən danışmıram. Bunların
hər biri ayrılıqda bir mövzu oldu-
ğundan bu haqda gələcək yazıları-
mızda bəhs edəcəyik. O ki qaldı
Qarabağlar kəndinin bu gününə, indi
burada vəziyyət tamamilə müsbətə
doğru dəyişilib. Son illərdə kənddə
böyük quruculuq tədbirləri həyata
keçirilib, yeni məktəb binaları isti-
fadəyə verilib, kənd və xidmət mər-
kəzləri yaradılıb. Kənddaxili yollar
abadlaşdırılıb. Qarabağlar kəndindən
Çalxanqala kəndi istiqamətində uza-
nan yolda bütün həyətyanı sahələrin
ətrafı hasarlanıb, vətəndaşlara məx-
sus darvaza qapıları dəyişdirilərək
yenilənib. 7000 nəfərdən çox sakinin
yaşadığı kənddə müxtəliftipli istehsal
müəssisəsi – lavaş sexləri, plastik
qapı-pəncərə sexi, quşçuluq və ba-
lıqçılıq təsərrüfatı, un dəyirmanı,
daş məhsulları istehsalı müəssisəsi
və sair fəaliyyət göstərir. 2012-ci
ildə istifadəyə verilmiş Qıvraq-Qa-
rabağlar-Çalxanqala-Təzəkənd dai-
rəvi avtomobil yolu isə indi təkcə
qarabağlarlılara deyil, bu yoldan is-
tifadə edən bütün sürücü və sərni-
şinlərə, sözün həqiqi mənasında, ra-
hatlıq bəxş edir. Elə bu rahatlığın
bizə verdiyi imkanın nəticəsidir ki,
təxminən, 15 dəqiqə sonra Çalxan-
qala kəndinə çatırıq.
Çalxanqala kəndi də Kəngərli ra-
yonunun digər kəndləri kimi öz qə-
dimliyi ilə seçilən yurd yerlərindən-
dir. Bu kənddə hazırda ermənilərin
deportasiya siyasətinin qurbanına
çevrilmiş qərbi azərbaycanlıların bir
qismi yaşayır. Buradakı sakinlər,
əsasən, heyvandarlıq və əkinçiliklə
məşğuldurlar. Çalxanqalanın bərə-
kətli torpaqları onlara təsərrüfatın
müxtəlif sahələri ilə məşğul olmağa
imkan verib. Dövlətimizin kənd ya-
şayış məntəqələrinə göstərdiyi qay-
ğını burada da görmək mümkündür.
Son illərin quruculuq ünvanlarından
olan yeni məktəb binası, kənd mər-
kəzi, həkim ambulatoriyası çalxan-
qalalıların rahatlığını təmin edib.
Kəndin mərkəzi hissəsində görüşüb
söhbətləşdiyimiz 70 yaşlı Ziyad Hə-
sənov, ortayaşlı Faiq Ağəmmədov
kəndin müasir günündən razılıqla
danışdılar. Ziyad Həsənov ixtisasca
mühəndisdir. Hazırda təqaüdçü olan
həmsöhbətimiz təsərrüfatla məşğul-
dur. 4-5 iribuynuzlu mal-qarası, 40
arı ailəsi var. Hər uğurun kökündə
zəhmətin dayandığını deyir. Bildirir
ki, bu kəndin insanları zəhmətkeş-
dirlər. Hər kəsin qapısında mal-hey-
vanı, arı ailəsi var. Dövlətimizə də
minnətdarıq ki, torpağımızı əkib-
becərməyə, təsərrüfatla məşğul ol-
mağa əlverişli şərait yaradıb. Yeri
düşmüşkən, Qıvraq qəsəbəsində,
Yurdçu və Qarabağlar kəndlərində
gördüyümüz təmizliyi burada da
gördük. Rayonun ucqar kəndi ol-
masına baxmayaraq, burada da la-
zımi yerlərdə məişət tullantıları qu-
tuları qoyulub və kənddə yerləşən
dövlət qurumlarının nümayəndələri
ərazilərin təmiz saxlanılması üçün
daim sakinlər arasında təbliğat işləri
aparırlar.
Dairəvi yolla hərəkət edirik. Növ-
bəti dayanacağımız Təzəkənddir.
Yeni quruculuq ünvanları bu kəndin
də simasını dəyişib. Kəndin girəcə-
yində tanış olub söhbətləşdiyimiz
Surac Budaqov rabitə işçisidir. Deyir
ki, sovet dövründə Təzəkənd və
Xıncab ucqar kəndlər olmasa da,
həmişə diqqətdən kənarda qalıblar.
Kənd sakinləri üçün lazımi şərait
yaradılmayıb. Uzun illər kənd ca-
maatı işsizlikdən digər yerlərə üz
tutub. Təsərrüfatla məşğul olmağa
imkan və şərait olmayıb. Ancaq bi-
zim kəndin sakinləri öz yurdlarına,
dəyərlərinə bağlı insanlar olub. Həm-
söhbətimiz deyir ki, indi çoxları öv-
ladına toy etmək üçün bəzən şəhərə
üz tutsa da, bu kəndin insanları toy-
düyünü öz qapılarında edirlər. Şü-
kürlər olsun, hər şey yaxşıdır. Döv-
lətimizə minnətdarıq. Naxçıvanın
gündən-günə inkişafı gələcəyə daha
ümidlə baxmağa imkan verir. Son-
radan söhbətimizə qoşulan 60 yaşlı
Çingiz Əliyev də bu fikirlərlə razı
olduğunu deyir. O, muxtar respub-
likada əkinçilərin indi daha rahat
şəkildə əkib-becərməyə imkanlarının
olduğunu bildirir. Hər il muxtar res-
publikada kənd təsərrüfatı sahələrinin
daha da inkişaf etdirilməsi üçün
dövlət tərəfindən müxtəlif addımların
atılmasını alqışlayır. Sabaha ümidlə
baxan bu sadə kənd sakinləri ilə
söhbətimizi bitirib Naxçıvan şəhərinə
tərəf üz tuturuq...
Dostları ilə paylaş: