Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti
Sosialist Əməyi Qəhrəmanının yubileyi qeyd olunub
İyulun 15-də Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası 2016-2017-ci
tədris ili üçün Azərbaycan Respub-
likasının ali təhsil müəssisələrinə
və tam orta təhsil bazasından orta
ixtisas təhsili müəssisələrinə qəbul
olunmaq istəyən cari ilin məzunları
üçün I və IV ixtisas qrupları üzrə
qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhə-
rində – Bakı, Naxçıvan, Gəncə,
Sumqayıt, Mingəçevir, Şəki, Ağca-
bədi, Göyçay, Şirvan, Lənkəran və
Xaçmaz şəhərlərində, ümumilikdə,
47 binada təşkil olunub.
İmtahan bütün binalarda eyni
vaxtda – saat 11
00
-da başlanıb və
3 saat davam edib. Muxtar respub-
likada Naxçıvan şəhər 7 və 14 nöm-
rəli tam orta məktəblərdə keçirilən
imtahanlarda 1097 abituriyent iştirak
edib. İmtahana 106 nəzarətçi-müəl-
lim, 8 imtahan rəhbəri cəlb olunub.
Abituriyentlərin öz bilik və baca-
rıqlarını nümayiş etdirmələri üçün
imtahan aparılan yerlərdə normal
şərait yaradılıb.
İmtahan başlanmazdan əvvəl
məktəblərin önündə həyəcanlı gö-
rünən abituriyentlər, onların vali-
deynləri ilə görüşüb həmsöhbət ol-
duq. 14 nömrəli tam
orta məktəbin qarşı-
sındayıq. Naxçıvan
şəhər 12 nömrəli tam
orta məktəbin məzunu
Aysun Hacızadəyə
yaxınlaşırıq:
– Çox həyəcanlı-
yam. İmtahandan yax-
şı nəticə əldə edəcə-
yimə inanıram. Çünki
imtahan verəcəyim fənlər üzrə yaxşı
hazırlaşmışam. Sınaq imtahanlarında
500-dən yuxarı bal toplayırdım.
Arzum həkim olmaqdır. İmtahanda
yüksək bal toplayıb bu arzuma
çatacağam.
Övladları qədər valideynlər də
həyəcanlı idilər. Valideynlərdən İradə
Əliyeva deyir:
– Bu gün oğlum Tofiq I ixtisas
qrupu üzrə imtahan verəcək. Hər
bir valideynin arzusudur ki, övladı
tələbə adını qazansın. İmtahandan
çıxana kimi burada onu gözləyəcə-
yik. Burada gözləyənlərə nümunəvi
iaşə xidmətinin yaradılmasından çox
razıyam və bu şəraiti yaradanlara
minnətdarlığımı bildirirəm.
Naxçıvan şəhər 7 nömrəli tam
orta məktəbin qarşısında da həyəcanlı
valideynlər, abituriyentlərlə həm-
söhbət olduq. Abituriyentlərdən Nə-
riman Süleymanov I ixtisas qrupu
üzrə imtahan verəcək. O, sınaq im-
tahanlarında 650-dən yuxarı bal top-
layır. Onun dediklərindən:
– Həyəcanlı deyiləm. Hər ay
sınaq imtahanlarında iştirak etdiyim
üçün artıq imtahan həyəcanına alış-
mışam. Hədəfim 700 bal topla-
maqdır. İnanıram ki, bu nəticəni
göstərəcəyəm.
Saatlar 11
00
-ı göstərəndə imtahan
başladı. İmtahan qurtarana kimi biz
də imtahanda müşahidələr apardıq.
Naxçıvan şəhər 7 və 14 nömrəli
tam orta məktəblərdə keçirilən im-
tahanların gedişi zamanı abituriyent -
lər heç bir qayda pozuntusuna yol
verməyərək diqqətlərini ancaq test
tapşırıqlarına yönəltdilər. İmtahan-
ların gedişinə nəzarət edən imtahan
rəhbəri Fail Kazımov bildirdi ki,
abituriyentlərin öz bilik və baca-
rıqlarını göstərmək üçün ayrılan 3
saat ərzində imtahan otağında on-
ların yüksək fəallığını müşahidə
edib.
İmtahan başa çatdıqdan sonra bir
neçə abituriyentlə həmsöhbət olduq.
İmtahandan yenicə çıxmış Şərur ra-
yonunun Düdəngə kənd tam orta
məktəbinin məzunu Ümid Əliyev
dedi:
– IV ixtisas qrupu üzrə imtahan
verdim. Sualları cavablandırmaqda
çətinlik çəkmədim. Suallara doğru
cavab verdiyimə əminəm. İnanıram
ki, tələbə adını qazanacağam.
Abituriyentlərdən Rauf Orucov,
Səma Quluzadə, Tağıyar İsmayılov
və başqaları imtahanda əsas amil
olan sakitliyin tam təmin edildiyini
bildirdilər. Bu da onların sualları
dəqiq cavablandırmasına imkan
verib.
Qeyd edək ki, imtahanda təqdim
olunmuş sualların düzgün cavabları
TQDK-nın internet saytında yerləş-
dirilib. Nəticələr elan olunduqdan
sonra abituriyentlər imtahan nəti-
cələri ilə TQDK-nın internet saytında
və ya iş nömrələrini bütün mobil
operatorlardan 7727 nömrəsinə gön-
dərməklə tanış ola biləcəklər.
-
Dostları ilə paylaş: |