Microsoft Word Арабов Дизайн 280613. doc


Fizioloji  1.   İşin tempi, ritmi və eyniliyi  2.   Əzələ qüvvəsinin məsrəfliyi  Sanitar – gigienik



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   52   53   54   55   56   57   58   59   60
Fizioloji 
1.
 
İşin tempi, ritmi və eyniliyi 
2.
 
Əzələ qüvvəsinin məsrəfliyi 
Sanitar – gigienik 
1.
 
Havanın qazlılığı və qoxular 
2.
 
İstehsalat şüalanması 
3.
 
Səs və titrəmə 
4.
 
Təbii və süni işıqlandırma 
5.
 
Sanitar – gigienik yerlər 
Estetik 
1.
 
İstehsalat binalarının və dəzgahların rəngləri 
2.
 
Əyani təbliğat vəsitələrinin yerləşdirilməsi 
3.
 
İşçilərin rasional geyimi 
4.
 
Yaşıllaşdırılma sahəsi 
5.
 
Funksional musiqi 
 
 Bütün yuxarıda göstərilən amillər Ə.E.T istehsalat mədəniyyəti 
və estetikanın  əsasını  təşkil edir və insanın yaxşı  işləyib, istirahət 
etməsi və işindən yüksək zövq olmaının əsasını təşkil edir. 
 
31. IŞ YERLƏRININ TƏŞKILI 
 
Əməyin məhsuldarlığını  və istehsalat binalarının estetik 
səviyyəsinin artırılması layihəçi konstruktorların iş yerlərinin 
elementlərinin mütərəqqi üsullardan istifadə edərək həll etməsindən 
çox asılıdır.  
Iş yerlərinin bütün elementləri lazım olan parametrlərə  yəni, 
insan bədəninin strukturasına, sanitar-gigiyenik tələbata, yüksək 
estetik keyfiyyətə uyğun olmalıdır. 
Iş yerlərinin planlaşdırılması  işçinin iş zamanı onun uyğun 
posada olaraq bütün tələbələri iqtisadi, ritmik dəyişən hərəkətlərini 


 
101
yerinə yetirə bilməsini nəzərə almalıdır. Iş zamanı oturacağın 
söykənəcəkli olması kürək  əzələlərinə düşən gərginliyi boşaldır, 
bədənin ağırlığını oturacağa bərabər paylanmasını ayaqların rahat 
yerləşməsini təmin edir ( Şəkil 62). 
Işçinin yerinin rahat olmaması fiziki yorulma baş verməsinə, 
bədənin deformasiya olunmasına və  əmək məhsuldarlığının 
azalmasına səbəb olur. Bunu nəzərə alaraq sexdə, adminstrativ- 
təsərrüfat, kommunal və başqa yerlərdə  iş yerləri və avadanlıqlar 
erqonomik tələblərə uyğun olmalıdır. 
 Avtomatik idarəetmə sistemində (AİS) işçi yerinin ölçüləri işin 
spesifikasiyası  nəzərə alınaraq seçilir. Iş yerinin ölçüləri insanın 
antropometik və fizioloji göstəricilərinə uyğun olaraq “oturaq” və ya “ 
ayaq üstə” vəziyyətində olur (Şəkil 63). Müəssisələrdə layihəçi 
konstruktorların iş yerləri fərqli olaraq təşkil edilir. Konstruktorların 
yaradıcı  əməyinə özünəməxsus məlumat sistemi kimi baxmaq 
lazımdır. Bu sistemə yeni texniki, bədii obrazların alınması üçün 
məlumatların analizi, sintezi və  işlənməsi daxil olur. Qəbul edilən 
qərarlar isə original olmalı və müasir tələblərə cavab verməlidir. 
Kkonstruktorun iş yerində  aşağıda verilən  əmək alətləri 
olmalıdır: 
1.  Əsas avadanlıqlar (çertyoj stolu və  ləvazimatlar, hesabat 
maşınları). 
2. Köməkçi əşyalar (çertyoj tərtibatı, alətlər). 
3. Texniki tərtibtlar (komputer, iş stolu, çertyoj və sənədlər üçün 
şkaf). 
4. Təmizliyi saxlamaq üçün ləvazimtlar. 
5. Işıqlandırma, qızdırıcı, ventilyasiya sistemləri.  
Şəkil 64-də optimal planlaşdırılmış konstruktorun iş yeri 
göstərilmişdir. 
 
 


 
102
 
 
 
 
 
 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin