Microsoft Word Арабов Дизайн 280613. doc


Şəkil 64. Mühəndis-konstruktorun iş yeri



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə59/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   52   53   54   55   56   57   58   59   60
Şəkil 64. Mühəndis-konstruktorun iş yeri. 
 
 
Şəkil 65. Avtomatlaşdırılmış mühəndis-konstruktorun iş yeri. 


 
105
Işçi geyim
.  əməyin  əlverişli vəziyyətinin yaranmasında və 
istehsalatın interyerinin esetik görünüşdə  işçi paltarın  əhəmiyyəti 
böyükdür. Işçi geyim aşağıda əsas tələəblərə uyğun olmalıdır: 
- rahat olmalı 
- xarici görünüşü gözəl olmalı 
- istehsalatın xarakterinə və interyerin rənginə uyğun olmalıdır 
    Rahat  və gözəl olmayan işçi geyim işləməyə mane olur və 
enerji məsrəfini artırır, istehsalı azaldır, hərdən işçinin xəsarət 
almasına səbəb olur. Işçi geyimin görünüşü, forması  və  rəngi işin  
xarakterinə uyğun olaraq təyin edilir və xüsusi kataloqlardan, 
jurnallardan seçilir. 
 
32. MÜHƏNDIS PSIXOLOGIYASI 
 
Psixologiyanın texniki tərəqqi dövründə meydana gəlmiş 
problemlərindən birini insan – maşın sistemini tədqiq edən yeni sahəsi 
XX  əsrin ortalarından inkişafa başlamışdır. “ İnsan – maşın “ 
sisteminin yüksək effektivliyinə nail olmaq üçün insanın iş 
xüsusiyyətləri və psixaloji imkanları ilə maşının və cihazların quruluş 
və texnoloji xüsusiyyətləri arasında müəyyən uyğunluq yaratmaq 
probleminin səmərəli həlli yollarını tapmaq mühəndis 
psixologiyasının əsas vəzifəsidir. 
Əvvəllər maşınları ixtira edərkən insanın ancaq anatomik – 
fizioloji xüsusiyyətləri nəzərə alınırdısa, son zamanlar onun psixoloji 
xüsusiyyətlərinə daha çox diqqət yetirilir. Mühəndis psixologiyasının 
inkişafının müasir mərhələsi “ insan – maşın “ sisteminin fəaliyyətinin 
ümumi qanunauyğunluqlarını öyrənməyə imkan verən tədqiqat 
metodlarının, həmçinin insan fəaliyyətinin layihələndirilməsini ön 
plana çəkməklə xarakterizə olunur. 
 
 


 
106
33. BIONIKA 
 
Bionika (yunan sözüdür, bion – həyat elementi, hərfi mənada 
yaşayan və s. mənalarını verir) – orqanizmlərin quruluşunun və həyat 
fəaliyyətinin təhlili  əsasında mühəndisliyə dair məsələləri həll edən 
bioloji – texniki elm. Bionikanın yaranma tarixi, formal olaraq, 1960 – 
cı il sentyabrın 13 – dən (ABŞ – ın Dayton şəhərində Bionika üzrə 
keçirilmiş 1 – ci Beynəlxalq simpozium) hesab edilir. Lakin, Bionika 
elmi əslində çox qədim tarixə malikdir.  
Sokrata görə biz parça toxumaqda hörümçəyin, üzməkdə balığın 
şagirdləriyik. Demokritin fikrincə insanlar ixtiraçılıq fəaliyyətində 
canlı  təbiəti təqlid edirlər. Alim və mühəndislərin yaratmaq 
istədiklərini Allah çoxdan yaratmışdır. Leoardo Da Vinçi quşların 
uçmasını  tədqiq edərək uçuş apparatları yaratmağa çalışmış, sovet 
alimi E.İ.Jukovski quşların uçuşunu təhlil edərək aerodinamikanın 
əsas qanunlarını kəşf etmiş və yeni qurğular yaratmışdır. 
 Bionikanın modeli dinamik strukturalardır. Bunların 
dəqiqləşdirilməsi üçün canlı materialda dəqiqləşdirilmə 
araşdırmalarını aparmaq tələb olunur. Akademik V.V.Parin bu elmi, 
texniki avadanlıq yaradan zaman canlı  təbiətdə bunun nümunələrini 
tapmaq kimi xarakterizə etmişdirə təbiətin öyrənilməsi (bitki, heyvan 
və insanın özü) lazım olan formnın mükəmməlləşməsinə gətirir. 
   Akademik  P.L.Kapitsa  problemlərin strukturlarının misalında, 
“insandan fərqli olaraq, təbiət  əla mühəndis-konstruktordur” bizim 
ondan öyrənəcəyimiz hələ çox şeylər vardır söyləmişdir. 
Şəkil 66-dan görünür ki, zoğun yuxarı hissəsi küləyin təsirindən 
əyildiyindən zoğun aşağı hissəsi polad məftil kimi monolitdir. 
Beləliklə, bu anlogiyanı müqayisə etdikdə, zoğun daha mürəkkəb və 
mükəmməl konstruktiv sistem olduğunu aydın görürük. Müasir 
texnikanın mükəmməlliyi, möhkəmliyi nə  qədər olsa da orqanlarının 
işi ilə müqayisə edilə bilməz. 


 
107
 
 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin