6
Əvvəllər bədii mədəniyyət dedikdə teatr, kino, rəsm əsərləri,
ədəbiyyat və başqa incəsənət növləri başa düşülürdü. Xalqın inkişafı
üçün insanın əmək qabiliyyəti ilə əmələ gətirdiyi qiymətli bədii və
materiallar birləşməsinin nəticəsi lazımdır. Hal-hazırda dünyada
dizayn sözü qəbul olunmuşdur. Dizaynla məşğul olan insanlara
dizayner və ya rəssam-konstruktor deyilir. Dizayn termini avropada
XV əsrdən istifadə olunur. İngilis dilində dizayn sözünün çox geniş
mənası vardır. Bura layihələndirmə, konstruksiya etmə, fikirləşmək,
tədbir tökmək, məqsəd güdmək, layihə, cizgi, rəsm, şəkil və s.
daxildir. Texniki ədəbiyyatda dizayner dedikdə layihəçi-mühəndis və
rəssam – konstruktor nəzərdə tutulur.
2. TEXNIKI LAYIHƏLƏNDIRMƏ
Əvvəllər sənayenin inkişafını texnikanın mənimsənilməsi dövrü
kimi qəbul edirdilər. Maşınların texniki və estetik xarakteristikası
yüksək deyildi. Buna görə layihəçilərdən texniki məsələlərin dizayn
həlli üçün yüksək tələbkarlıq tələb olunurdu. İnsanların imkanları
nəzərə alınmırdı və nəticədə insan maşınlara uyğunlaşmalı olurdu.
Zaman keçdikcə istehsalat məhsulları yüksək texniki dizaynla,
keyfiyyətlə hazırlanmağa başlandı və maşınlar insana uyğun
hazırlandı. Hal-hazırda mühəndis, maşın və ya başqa qurğunu
layihələndirdikdə yalnız texniki məsələləri yox anotomiyani,
psixologiyani, dekorativ incəsənəti, sosial bazanı, mühiti, işıqlanma
texnikasını və s. nəzərə almalıdır.
Deməli, texniki estetikanın əsasını bunlar təşkil edir. Texniki
estetika və dizayn sosioloji, ekonomiki və elmi texnikanın inkişafının
nəticəsindən qaynaqlanır. Hal-hazırda bir məhsulu layihələndirmək
üçün aşağıdakı üç əsas prinsipi gözləmək lazımdır.
Dostları ilə paylaş: