Şəkil 1. Mühəndis layihələndirməsinin etapları.
3. KONSTRUKSIYAETMƏ VƏ PLANLAŞDIRMA
Müasir konstruktor və layihəçi praktikasında utilitar yanaşmanı
qısa olaraq bu düstur ilə izah etmək olar:
Fayda + Rahatlıq + Gözəllik = Utilitar
U = F + R + G
Bu düsturun hər üzvü müxtəlif faktorların cəmindən ibarətdir.
1. Texniki-ekonomik.
2. Erqonomik.
3. Estetik.
9
Buna görə bədii konstruksiyaetmədə tam müsbət nəticəni yalnız
dizaynerin, mühəndis-konstruktorun, texnoloqun, erqonomistin və s.
birlikdə qarşılıqlı anlaşma şəraitində işləməsi zamanı almaq olar.
Konkret olaraq, əhatə mühitini nəzərə alan bir neçə hala baxaq.
Konstruksiyaetmə və planlaşdırma üçün şəhəriçi və şəhərlərarası
avtobus nəqliyyatını analiz edək. Avtobuslar müxtəlif məsafələrə
müxtəlif şəraitdə işlədiyi üçün müxtəlif yanaşmalar labüddür.
1. Şəhəriçi nəqliyyat üçün daxildə boş yer saxlamaq lazımdır.
(Bu oturacaq yerlərinin sayını azaltmaqla alınır). Amma giriş və çıxış
qapıları hökmən olmalıdır. Şəhərlərarası avtobuslarda isə
oturacaqların sayı çox olmalıdır. Amma bir qapının olması şərtdir.
2. Şimal və cənub ölkələr üçün layihə edilən maşınlara müxtəlif
tələblər qoyulur (kondisioner, istilik sistemi, kavrolit).
3. Kombinə edilmiş uşaq arabası mini kuza ilə təchiz edilməlidir:
a) yatmaq üçün; b) gəzinti üçün.
İstehsal olunan məhsulları bədii konstruksiyasına görə qruplara
ayırmaq lazımdır. Bütün istehsalat məhsulları təyinatına görə 4 yerə
bölünür:
•
İnsana xidmət edən məhsullar: məişət əşyaları və s.
•
İnsana xidmət edən və texniki funksiyanı yerinə yetirən:
Məişət avadanlıqları – televizor, soyuducu, ət maşını və sairə.
•
İşçi funksiyanı yerinə yetirən və qismən insana xidmət edən
istehsal məhsulları: dəzgahlar, qurğular və nəqliyyat vasitələri.
•
Yalnız işçi funksiyaları yerinə yetirən istehsal məhsulları:
avtomatlaşdırılmış sistemlər, avtomat xətlər, konveyerlər, maşınların
düzgün mexanizmləri.
Bütün mərhələlərin həllində bədii konstruksiyaetmənin əsasını
qrafiki işlər təşkil edir. Beləliklə, bədii konstruksiyaetmənin birinci
mərhələsində çertyojların hazırlanması, eskiz layihəsinin rəsmləri və
maketin hazırlanması lazımdır. Bu mərhələdə layihənin açıqlanması
10
yazılı olaraq təqdim edilir. Ekonomik göstərici başda olmaqla qısa
olaraq bütün əsas göstəricilər, qəbul olunan qərarlar verilməlidir.
Layihələndirmənin ikinci mərhələsində işçi model və işçi
çertyojların hazırlanması durur. Buna məhsulun ümümi görünüşü,
konstruktiv kəsikləri, düyünlərin və hissələrin çertyoju, yəni – istehsal
olunacaq məhsulun bütün layihə materialı aiddir. Bəzi hallarda ikinci
mərhələnin sonu eksperimental nümunənin hazırlanması ilə başa çatır.
Eksperimental nümunə sınaqdan çıxandan sonra, əgər nəticə müsbət
olarsa, çertiyojlar kütləvi istehsal üçün istehsalata təqdim olunur.
Konstruksiyaetmə mərhələlərinin ardıcıllığını 1962-ci ildə
A.Əzimov belə ifadə etmişdir:
1.
Konstruksiyaetmənin mümkünlüyünün qiymətləndirilməsi.
Buraya konsepsiyaları həyata keçirə bilən komplekslərin axtarılması
daxildir (fikrin yaranması və həyata keçirilməsinin mümkünlüyü).
2.
Eskiz layihələndirilməsi (Optimal konstruksiyanın
seçilməsi və işlənməsi-yəni, məsələnin prinsipcə həlli).
3.
İşçi konstruksiyaetmə.
4.
İşçi layihələndirmə (Konstruksiyanın mühəndislik
baxımından ifadə olunması).
4. PLANLAŞDIRMA
Əsas konsepsiyanın təhlili, texnologiyanın uyğun dəyişdirilməsi,
satışı, istismarı və köhnəlmiş konstruksiyanın ləğvi kimi bir çox
mürəkkəb problemlərin həlli onları daha sadə quruluşlara
(elementlərə) ayırmaqla, sadələşdirib həll etməklə mümkündür. Bir-
biri ilə müəyyən rabitələrlə əlaqədə olan iki elementin qarışıq və
nizamlı yerləşməsi bu sistemi dərk etməyə imkan verir.
|