Microsoft Word Арабов Дизайн 280613. doc


Şəkil 9. Texnikanın inkişaf asılılığı



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
Şəkil 9. Texnikanın inkişaf asılılığı. 
 
2. İnsan daha mürəkkəb əmək alətləri düzəldir, lakin onlar insan 
tərəfindən hərəkətə gətirilir. 
3. İnsan mühərrik, maşın ixtira edir, lakin alət ilə yerinə yetirilən 
işçi əməliyyat yenə də əllə görülür. 
4.  İnsan işçi maşın ixtira edir, bu maşın  əvvəllər işçinin  əllə 
gördüyü işi yerinə yetirir. Bu halda da fəhlə maşına material verir, 
aralıq məhsulu yığıb maşına verir və tədarük edir və s. 
5.  İnsan maşını idarə edir. İdarəetmə bir pultda cəmlənir.  İnsan 
maşın operatoruna çevrilir. Hissələrin nəql edilməsi konveyer 
vasitəsilə yerinə yetirilir. 


 
21
6. Axırıncı  mərhələ - xüsusi proqramlaşdırılmış qurğular 
vasitəsilə maşınlar avtomatik idarə olunur. Bu etapda texniki qurğular 
əvvəldən hazırlanmış proqram vasitəsi ilə istehsalatda bütün texniki 
əməliyyatları yerinə yetirir. Belə başa düşülə bilər ki, avtomatikanın 
bu cür inkişafı insanın maşınları idarə prosesindən xaric edir. Bu belə 
deyildir. Qurğunun təmiri və nəzarətindən başda insan proqram tərtib 
edir və onu xüsusi qurğularla ötürür. Maşın və  dəzgah hazırlamaqla 
metal kəsən dəzgahlardan istifadə edərkən sürətçıxarma və etalon 
proqramı yazılır. Ona görə də müəssisələrdə yüksək dərəcəli lekalçılar 
işləməlidir ki, əl ilə yüksək dəqiqlikdə “etalon detal” hazırlaya bilsin. 
Deməli, yüksək avtomatik istehsalatda ( yüksək inkişaf etmiş 
texnikalarda da ) insanın yeri hələ də var. Bu mərhələdən birinci dördü 
tədricən aradan qalxır, axırıncı ikisi isə təşəkkül tapmaqdadır. 
 
7. TEXNIKADA MƏZMUN VƏ XARICI FORMA 
 
Texnikada məhsulun xarici formasının dəyişməsi böyük tarixi 
proses keçmişdir. Dəzgahların, maşınların, mebellərin və s. 
formalarının dəyişməsi arxitekturanın zamanına uyğun inkişafının 
dəyişməsi ilə harmonik olmuşdur. Məsələn: Nortonun torna dəzgahı 
(ilk dəfə 1712-ci ildə Norton hazırlayıb) (Şəkil10). Bu dəzgah dövrün 
tələblərinə uyğun olaraq “petrov borokko” stilinə uyğun elementlərlə 
təmin edilmişdir.    
Şəkil 11 – də göstərilmiş Almaniyada hazırlanmış  nəqşləmə 
dəzgahı isə “rokko” stilinə uyğun gəlir. 
XIX  əsrin ortalarına qədər maşın, dəzgah və digər 
konstruksiyalar kustar şəkildə hazırlanmışdır. Usta sənətkarlar öz 
məharətləri sayəsində  zərif müxtəlif bəzəklərlə  işlənmiş müxtəlif 
dövrlərin arxitekturasını özündə  əks etdirən maşın nümunələri 
düzəldirdilər.  İstehsal artdıqca, maşın və  dəzgahların  bədii estetik 
görünüşünə diqqət azalmağa başlanmış  və arxitekturada olduğu kimi 


 
22
maşınqayırmada da sənayeləşdirmə prinsipi ön plana çəkilmişdir. 
 
 
 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin