26
Kompozisiyanın əsasının inkişafının əsas
elmi faktoru - təbiətdə,
incəsənətdə və texnikada formadəyişmə prosesidir. Təbiətdə
formadəyişmənin prinsiplərinin öyrənilməsi insanın
yeni yüksək
yaradıcılığına və başlıcası texnikanın inkişafına nail olmasına imkan
yaratmışdır.
Quşun uçuş dinamikası və qanadının formasının strukturasının
uzun müddətli öyrənilməsi Jkovskiyə təyyarənin qaldırma
qüvvəsinin
qanununu kəşf etməyə qanadının formasının və vintinin pərinin
formasını tapmağa kömək etmişdir.
Təbiətdə canlı orqanizmləri
öyrənərək, konstruktorlar texnikada
yüksək axıcılıq qabiliyyəti olan müasir formada maşınlar icad
etmişlər. Axıcılıq qabiliyyəti sürətli maşınların formalaşması üçün
əsas qanun olmuşdur.
Beləliklə, forma yaratmanın nəzəri anlayışını
belə ifadə etmək olar: Forma yaratma – formanın dəyişməsinin
qanunauyğunlğunun
öyrənilməsi, bədii layihələndirmənin metod və
prinsiplərinin optimal formalı istehsal məhsullarıysy alınması, texniki
iqtisadi estetik kompozisiya şərtlərinin ödənilməsi deməkdir.
Formadəyişmənin
son kompozisiya həlli, layihələndirmənin
yaradıcılıq prosesinin ardıcıllığından ibarət olur:
funksiya,
konstruksiya,hazırlanma texnologiyası və əsas materialların estetik
faktorlarının nəzərə alınma xüsusiyyətləri (Şəkil 14).
Bədii layihələndirmədə maşınlarda arxitektonikası,
kombinatorika və xirotexnika məvhumları geniş yayılmışdır.
Maşınların arxitektonikası – sənaye məhsullarının
funksional və
konstruktiv xüsusiyyətlərini nəzrə almaqla hormonik formanın
yaradılmasını nəzərdə tutur.
Kombinatorika – həcmi və müstəvi fiqurların iki, üç riyazi
kombinasiya analizi qanunauyğunluğunu öyrənir. Kombinatorika
bədii konstruksiya obyektlərində geniş istifadə edilir.