Şəkil 14. Sənaye istehsalında formadəyişmənin struktur sxemi.
Xirotexnika – maşınların idarəetmə orqanlarının funksional və
estetik amilləri nəzərə alınmaqla formalarının qurulması və
qanunauyğunluqlarının yaradılması deməkdir. Xirotexnika əlin
anotomik funksiyası mütəhərrik orqanlarının içi və əl dəstəyinin işinin
məqsədini öyrənir (Şəkil 15).
Tektonika – kompozisiyanın əsas kateqoriyalarından biridir,
predmetin məntiqi forma quruluşunu dəqiq göstərir. Material,
konstruksiya, forma arasında bağlılığı görüntüsü ilə üzə çıxarır.
Tektonika bir tərfdən quruluş, düzülüş haqqında məlumat verməli,
digər bir tərəfdən bu məlumat bədii formada olmalıdır. Əgər, bu
yoxdursa, deməli, mühitin strukturası düzgün qurulmayıb. Beləliklə,
biz görürük ki, mühitin həcmi strukturası və tektonika bir-birində
mövcuddur (Şəkil 16 a,b).