Microsoft Word Арабов Дизайн 280613. doc


Şəkil 18. Xeops piramidası və Misir üçbucağı



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   17   18   19   20   21   22   23   24   ...   60
Şəkil 18. Xeops piramidası və Misir üçbucağı. 
 
Yunan riyaziyyatçıları, rəssamları və filosofları da mütənasibliyi 
öyrənmişlər. Ilk dəfə Pifaqor mütənasibliyi riyazi olaraq izah etməyə 
çalışmışdır. Məhz riyazi, həndəsi, harmonik mütənasibliyi və  qızıl 
bölgü qanununu onun adı ilə bağlayırlar. 
Aristotel simmetriyanın və  məhdudiyyətin ölçülməsinin  əsas 
tələbi kimi mütənasibliyi götürmüşdür. “Etika” kitabında Aristotel 
yazmışdır ki, o zaman nəticə tam olur ki, ona hər nə əlavə etmək, və 
ya çıxmaq olmasın. Nəticə çoxluqdan və əskiklikdən məhv olur. 


 
33
İntibah dövrünün məşhur mütəfəkkirlərindən – Leonardo da 
Vinçi, Mikkelancelo Bionarroti, Vinola, Palladi, F.Brunelleski, Alberti 
mütənasiblik məsələləri ilə ciddi məşğul olmuşlar. 
Mütənasibliyin müxtəlif təyini vardır. Məsələn: riyazi 
mütənasibliyin yaranması üçün bərabərliyə dörd element daxil 
edilməlidir. (a:b=c:d). Həndəsi mütənasiblik isə üç elementdən ibarət 
olur. (a:b=b:c). Burada b elementi orta mütənasiblik və ya orta həndəsi 
ölçü adlanır. 
Iki uyğun düzbucaqlı üçbucaq öz aralarında elə bağlıdırlar ki, 
böyük üçbucağın kiçik tərəfi  CF, eyni zamanda kiçik üçbucağın 
böyük tərəfidir. Bu zaman CF hissəsi AF və FE hissələrinin orta 
mütənasiblik parçasıdır. (Şəkil 19). 
 
 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin