Estetik hissiyyat - forma gözəlliyini, rəngi, səs ahəngini, ritmi,
mütənasibliyi və ölçülərin uyğunluğunu hiss etmək deməkdir. Estetik
hissiyyat dedikdə insanın yaradıcı fəaliyyəti prosesində və ətraf
mühitin estetik dərk olunmasında, onda təzahür edən dərin emosional
vəziyyət nəzərdə tutlur.
Estetik tərbiyə - dedikdə insanla gözəlliyi, həyatda yüksəkliyi
və incəsənəti qəbul etmək, düzgün anlamaq, qiymətləndirmək və
yaratmağa yönəlmiş tədbirlər sistemi nəzərdə tutulur. Estetik
tərbiyənin məqsədi cəmiyyətin üzvlərində hər tərəfi əqli, siyasi,
mənəvi və fiziki inkişafı təmin etmək, onlarda gözəllik hissini
təkmilləşdirmək və gözəllik qanunları əsasında yaradıcılıq meylləri
aşılamaqdır.
Estetik tərbiyə müəyyən estetik münasibətləri inkişaf
etdirməlidir. Bu insan, təbiət, ictimai istehsal məhsulları, ictimai həyat
münasibətlərində özünü göstərməlidir.