15
1. Elmi kadrlar
Elmi kadrlar hazırlıq və yaş səviyyələri ilə səciyyələnirlər.
İ.Nyuton 5 əsas elmi kəşflərini 23-25 yaşlarında kəşf etmişdir.
Kəşflərin ümumi miqdarı 25......35 yaş arasına uyğun gəlir (Şəkil 7).
2.
Elmin texniki təminatı
Elmi ideyaların texniki təminatı olmasa bir çox
ideyalar arzu
olaraq qalar. Siolkovskinin raket və yerin peykləri haqqında öz
dövründə verdiyi təkliflər o zamanlar bir fərziyyə kimi qəbul edilirdi.
Onların texniki reallaşması isə onun ölümündən sonra 60-cı illərdə
mümkün oldu. Atom silahı yaratmaq məqsədi qarşıya qoyulanda, o
zamanın görkəmli alimi
Kapiça Stalinə demişdir ki,
bunun üçün
bütün ölkənin sənaye texnologiyasını yeni
səviyyəyə yüksəltmək
lazımdır. Hal-hazırda Xəzər dənizi neft mədənlərinin istismarı,
texniki
təminatla bilavasitə əlaqədar olduğuna
görə inkişaf etmiş xarici
dövlətlərin imkanlarından istifadə etmək lazımdır.
Dostları ilə paylaş: