14
təlabatın ödənilməsinin əsas atributlarından biridir. Hazırda bütün
inkişaf etmiş ölkələrdə vətəndaşların
intellektual fəaliyyətinin
nəticəsinə hər bir ölkənin milli sərvəti kimi baxılır. Bir çox ölkələrin o
cümlədən Yaponiyanın belə yüksək inkişaf səviyyəsinə çatmasının
əsas səbəblərindən biri onlarda dünya miqyasında
patent işi analizinin
təşkilinin yüksək səviyyədə aparılmasıdır. Müasir elmi-texniki
inqilabın əsas xüsusiyyətləri bu dövrü xarakterizə edən
elmi kəşflərlə
müəyyən edilir.
•
Müasir elektron hesablayıcı maşınların
kəşfi
•
Kosmosun kəşfi
•
Atom enerjisindən istifadə
Bu üç özülün üzərində qurulan müasir dünya sivilizasiyası
özünün uğurları və inkişafına görə bədbəxtlik
və faciələrinə görə
məhz insan zəkasının məhsulu olan yeni ideyalara bağlıdır. Elm artıq
ayrı-ayrı alimlərin fərdi fəaliyyətinə deyil bütöv bir elm ordusunun
mütəşəkkil fəaliyyətinə çevrilmişdir. Lakin, bu işdə ayrı-ayrı fərdi
istedadların fəaliyyəti də nəzərə alınır.
Elmin potensialları aşağıdakı amillərlə müəyyən edilir:
•
Elmi kadrlar.
•
Texniki təminat.
•
İnformasiya təminatı.
•
Elmin idarə olunması.
Dostları ilə paylaş: