QEYRİ-ALKOQOL MƏNŞƏLİ STEATOHEPATİT (QASH)
Qeyri-alkoqol mənşəli steatohepatit qaraciyərin heterogen qruplu
patoloji dəyişikliyi olub, alkoqolun hepatotoksik dozada qəbulu
olmadan piy distrofiyası fonunda hepatositlərdə iltihabi
infiltrasiyanın mövcudluğu ilə xarakterizə olunur.
Epidemiologiya
Kriptogen mənşəli sirrozlu xəstələrin müayinəsi 60-80% hallarda
naməlum etiologiyalı sirrozun formalaşmasında qeyri-alkoqol
mənşəli steatohepatitin iştirakını ehtimal etməyə imkan verir.
QASH-dən əziyyət çəkən xəstələrin 65-80%-ni qadınlar təşkil
edir. Orta yaş həddi 50-yə bərabərdir.
Təsnifat
Qaraciyərin piyli hepatozu (steatoz)
Qeyri-alkoqol mənşəli steatohepatit
Qeyri-alkoqol mənşəli steatohepatit fibroz ilə
Fibroz (öz növbəsində 4 mərhələyə bölünür).
|