(D)
.
Fiziki müayinə
Qaraciyərin steatozunda palpasiya zamanı qaraciyər böyümüş,
yumşaq, dairəvi kənarlı olur. Kəskin alkoqol hepatitli xəstələrə baxış
zamanı dəri və selikli qişalarda sarılıq, çox sayda parlaq
teleangioektoziyalar, hepatomeqaliya, ginekomastiya, Dyupyuitren
kontrakturu, periferik neyropatiya, qaraciyər ensefalopatiyası
əlamətləri aşkarlanır. Ağırlaşmalar zamanı klinika daha da
mürəkkəbləşir. Bura portal hipertenziya, ödem, assit, mədə və qida
borusu venalarının varikoz genəlməsi, qaraciyər çatışmazlığı,
koaqulopatiya və ensefalopatiya, spontan bakterial peritonit əlavə
olunur.
Dostları ilə paylaş: |